Bir e-mail ilə nifrət yiyəsi olmaq

Phone Fotonun müəllifi Getty Images

Diqqət edin, müdirinizi də e-mailə əlavə etmiş ola bilərsiniz.

Bu sizin imicinizə yaxşı təsir etməyəcək - əksinə, hamının sizə qarşı etibarı azalacaq.

Bu, Cambridge Universitetinin Hakim Biznes Məktəbinin menecment təhsili üzrə professorunun apardığı, "CC effekti" adlı araşdırma nəticəsində müəyyənləşib.

David De Cremer, ofisdəki e-mail yazışmalarının verdiyi emosional təsiri araşdırıb.

İnsanların menecerlərini e-mailə CC etməsi, "səmimilik" yox, "qorxu mədəniyyəti" yaradır, professor De Cremer deyir.

Bəs mesaj qutunuzda tıxanıb qalan e-maillərin başqa söylənməmiş bəlaları nədir?

  • "Mən də varam": Bu e-maillər adətən yaxın və ya uzaqdakı həmkarlarınıza işdə olduğunuzu bildirmək üçündür. Arabir hansısa bir sənəd və bir neçə kəlmə yazmaq sizin görülən işdən xəbərdar olmanızın göstəricisi ola bilər. Bir də "gecəyarısı ekspresi" var ki, başqaları pivəxanada əylənərkən və ya yatmağa hazırlaşarkən göndərilir.
Fotonun müəllifi Getty Images
Image caption Əgər e-mail göndərməyə davam etsəm, işdə olduğumu biləcəklər
  • Ego-mail: "Görüş" sözünü karyerasındakı irəliləyişlər haqqında bir-iki kəlmə çıxış etmək dəvəti kimi dəyərləndirən həmkarlarımız olduğu kimi, e-maildən özünü göstərmək üçün istifadə edən iş yoldaşlarımız da az deyil. Onlar menecer olmağa hazırlaşanlar kimi, ambisiyaları üçün diqqət axtarışında olan həmkarlar da ola bilər. Amma, bu o qədər aydındır ki, hamı bu haqda yazışmağa başlayır.
  • BCC: Bu sanki kütləvi qırğın silahıdır, gözəgörünməz, amma, dağıdıcı. Əgər kimsə bundan istifadə etdiyinizi bilsə, dağıntı sizdən də yan keçməyəcək.
Fotonun müəllifi Getty Images
Image caption O e-maili hara göndərirsən?
  • X qoymaq və ya qoymamaq? E-maili necə bitirirsiniz? Bu bizdə narahatlıq yaradan suallardandır. Əgər kimsə sizə sonda böyük X (öpüş mənasına gəlir) göndərirsə, siz də eynisini edirsinizmi? Yox əgər etmirsinizsə, bu sizi kobud və ya təkəbbürlü göstərirmi? Hətta, bəziləri sonda adlarının baş hərfini qoymaqla kifayətlənirlər. Sanki, elektron monarxın monoqramıdır. Professor De Cremer-ə görə, sonda qoya biləcəyiniz ən yaxşı imza "Öncədən təşəkkürlər" yazmaqdır. Nəzakətli olduğu qədər də gözləntili.
  • Babalı boynuna götürmə: Hər kəsin işinə təsir edəcək e-maillər yazarkən ehtiyatlı olun. Bu e-maillər menecment səviyyəsindədirsə, xüsusilə gözdə-qulaqda olun. Və yaxud kiminsə yaşadığı çətinliyə passiv-aqressiv münasibət kimi qarşılana bilər.
  • Facebook-da gördükləri şey: Facebook-dakı hər hansısa post onlara o qədər gülməli görünür ki, hamı ilə bölüşmək istəyirlər. Sizə darıxdırıcı görünsə də, dayanmadan göndərirlər. Bəs siz nə edirsiniz? Anti-sosial şəbəkələşmə deyilən bir şey mövcuddurmu? Bir işarədən istifadə etmək sizin reaksiyanızı əks etdirə bilər: "!"
  • Xırda tədbir: İşdəki e-mailləşmə kiçik gücə malik iyerarxiyanın bir hissəsidir və e-maillərin uzunluğunun həmkarlar arasındakı münasibət göstəricisi olması ilə bağlı nəzəriyyə mövcuddur. İşçinin müdirə ünvanlandığı uzun e-mailə müdir, bir neçə kəlməlik cavab yollaya bilər. Yazıları qısa saxlamaq insanı irəli apara bilər.
Fotonun müəllifi Getty Images
Image caption Haradan bilirsən ki, diqqət cəlb etmək istəyirəm
  • Yadınıza düşəndə sizi hələ də qıcıqlandıran o hadisə: Ondan qaçış yoxdur. O, elə baş verir ki, sanki taleyinizin göndər düyməsi mövcuddur. Mesajı başqasına göndərmək əvəzinə haqqında qiybət etdiyiniz insana göndərirsiniz. Hamıya Cavabla (Reply All) düyməsi ilə cavab yazmaq sizi əlbəttə ki, ələ verər. Və bu, hətta, bu yaxınlarda aldığım qeyri-səmimi e-maildən də pisdir: "Hörmətli [boşluq], Ümidvaram ki, sizin üçün [boşluqda] hər şey yaxşıdır."
  • Mesajı cavabsız qoyanlar: Bu, e-mail sularında üzən köpəkbalığıdır. Mühüm bir e-mail göndərirsiniz və gözləyirsiniz. Bəlkə gözlərindən yayınıb, ona görə də bir də yollayırsınız. Heç nə. Bu nə deməkdir? Görəsən ordadır? Yaxud ən pisi, söhbətin ortasında cavab vermirlər. Onlar sual verir, siz cavablayırsınız və cavab almağa ehtiyac duyarkən araya tam sükut çökür.
  • Minnətdaram, üzr istəyirəmdən çətin sözdür: Müdirinizdən gələn təbrik mesajına necə cavab yazırsınız? Rəqəmsal formada kürəyinizə "halal olsun" deyə vururlar. Birdən xatırlayırsınız ki, nə cavab verim? Quru "təşəkkür" münasibdirmi? Yoxsa, ağlınıza gələn o gözəl ideyanı paylaşmaq üçün əla məqamdır? Yoxsa, bu çox tələbkar səslənər? Artıq anın spontanlığı ötüb keçdi. Artıq cavab versəniz görməyə də bilərlər... Elə o an, bilmədən göndər düyməsini sıxırsınız. Boş mesaj. Qələbədən birbaşa məğlubiyyətə yuvarlandınız. İşdə görməmək üçün yan gəzdiyiniz daha bir üz oldu.

Əlaqəli mövzular

Bu barədə daha geniş