Trump-ın miqrasiya qaynar xəttinə “yadplanetlilərdən və UNO-lardan” niyə zənglər gəlir?

Yadplanetli obrazı Fotonun müəllifi COSMIN4000/GETTY IMAGES
Image caption Bu yadplanetlini görmüsünüzmü?

Belə başa düşmək olar ki, ABŞ hakimiyyəti cinayət qurbanları üçün qaynar xətti elan edəndə "ALİEN" sözünü işlədərkən "cinayətkar xariciləri" nəzərdə tutub.

Sözün belə mənası da var, lakin ingiliscə ALİEN sözünün ən geniş yayılmış mənası yadplanetlidir.

Hökumətə sataşmaq istəyən Tvitter istifadəçiləri isə bilərəkdən elə bu mənadan yapışıblar.

Fotonun müəllifi @DUBSTEPPENWOLF
Image caption Trump-n "cinayətkar yadplanetlilər" qaynar xətti 855-48-VOICE. Zəhmət olmasa, bu nömrəni Məxfi Fayllar (X-Files) seriyasının süjetlərini təsvir etmək üçün yığmayın.
Fotonun müəllifi @ALEXANDERMCCOY
Image caption Birdən milyonlarla insan qaynar xətti yığıb yadplanetlilər ilə yaşadıqları macəraları desə pis olmazmı.

Çərşənbə günü ABŞ Daxili İşlər Nazirliyi VOICE (səs) adlı yeni şöbə təsis edib. Məqsəd, "deporatsiya olunmalı xaricilər tərəfindən törədilmiş cinayətlərdən zərər çəkənlərə və onların ailələrinə kömək etməkdir".

Bu xidmətin ən əsas elementi zərərçəkmişlərə dəstək və yardım üçün yaradılmış qaynar xətdir. Bu xətt prezident Trump-n yanvar ayında verdiyi miqrasiya sərəncamına uyğun yaradılıb.

Bunun ardınca insanlara bu xəttə konkret hansı məqsədlə zəng edilməsini lazım olduğu izah edilib.

Fotonun müəllifi @GPAPPALARDO
Image caption Demək, yadplanetli qaynar xətti Yadplanetli Günündə təqdim olunub. Ümid edirəm ki, Sigourney Weaver zəng vurub.

Buna baxmayaraq bəziləri qaynar xəttin Yadplanetli Günündə təsis edildiyinə diqqət yetiriblər (Yadplanetlilər haqqında filmlərin istehsalçıları tərəfindən hər il təşkil edilən reklam xarakterli gün).

Fotonun müəllifi @XLEOTHEGREATX
Image caption Gərək tezliklə 1-855-48-VOICE zəng vurub ET, Yadplanetli və Yırtıcı və onların törətdiyi cinayət haqqında xəbər verim.

Bununla belə gələn zənglərin məzmunu daxili işlər naziri John Kelly-nin nəzərdə tutduğundan tamamilə fərqlənirdi.

O, VOICE-n çərşənbə günü təqdimatında demişdi ki, belə zərərçəkənlər "spesifikdir və buna görə də onlara çox vaxt məhəl qoyulmur".

"Bu adamların məruz qaldıqları cinayətlər ümumiyyətlə baş verməməliydi, - demişdi nazir, - Çünki bu cinayətləri törədənlər heç əvvəldən bu ölkədə olmamalıydılar".

Fotonun müəllifi @DPOLAR1
Image caption Elə indicə zəng vurub traktorumun kosmik kadetlər tərəfindən oğurlandığını bildirməyə çalışdım - 8 dəqiqə gözlədikdən sonra, əlaqəni kəsməli oldum, yenə də yığacağam!

Nə qədər insanın qaynar xəttə zəng vurduğu dəqiq bilinməsə də, bəzi Twitter istifadəçiləri deyirlər ki, düşə bilmək üçün uzun müddət xətdə gözləməli olublar.

Lakin, ABŞ Miqrasiya və Gömrük Mühafizə agentliyi bildirir ki, bu, onların xidmətinə təsir göstərib.

"Xətlər əsassız zənglərlə məşğul qalır, buna görə də qurbanların dərdinə şərik çıxmaq üçün daha konstruktiv yollar tapılmalıdır," agentliyin sözçüsü Buzzfeed News-a bildirib.

Fotonun müəllifi @_NOTWHITE
Image caption Trump-n "qeyri-qanuni yadplanetlilər" ilə bağlı "VOICE" qaynar xəttinə zəng vurdum. Narıncı rəngdə şişmiş humanoid gördüyüm barədə xəbər verdim.
Fotonun müəllifi @TATTONTREKS
Image caption Voltron planetindən edilən yadplanetli hücumu haqqında məlumat vermək üçün elə indicə VOICE qaynar xəttinə zəng vurdum

Prezident Trump-n, 2015-ci ilin iyununda ölkədəki miqrantları cinayətkar və "təcavüzçü" adlandırması meksikalıları qəzəbləndirmişdi. Ağ Evdə fəaliyyətə başladıqdan sonra da o, qeyri-qanuni miqrasiya ilə bağlı ciddi tədbrilər görməyə başlay

Meksika sərhədindən ABŞ-a qeyri-qanuni yolla keçən miqrantların sayının azalması, administrasiya tərəfindən cənab Trump-n siyasətinin uğurlu təsiri kimi qiymətləndirilir.

Dövlət bildirir ki, VOICE, qeyri-qanuni miqrantların törətdiyi cinayətlərin zərərçəkmişləri tərəfindən veriləcək məlumatlar, miqrasiya sistemində bu miqrantların aşkarlanması və deportasiyası üçün əlverişli olacaq.

Administrasiyanın siyasətinə və diqqəti "miqrantlar və cinayətkarlığa" aşırı yönəldən ritorikasına qarşı çıxanlar isə deyirlər ki, indiyədək aparılmış araşdırmalar miqrantların ehtimalən daha az cinayət törətdiyini göstərir.

Amerika Miqrasiya Şurası deyir ki, bu nəticə "miqrantların mənsub olduğu ölkə və ya təhsil səviyyəsindən asılı olmayaraq, həm qanuni, həm də qeyri-qanuni miqrantlar üçün doğrudur".

Əlaqəli mövzular

Bu barədə daha geniş