Dünyada hər 4 nəfərdən biri Facebook-dadır

Facebook Fotonun müəllifi Getty Images

Son məlumata görə 2 milyarda yaxın istifadəçisi olan Facebook şəbəkəsinin gəlirləri ilin ilk 3 ayı ərzində artıb.

Hər ay şəbəkəyə 1,94 milyard istifadəçi daxil olur, hesabını hər gün yoxlayanların sayı isə 1,3 milyard nəfərə yaxındır.

Texnologiya nəhəngi ilin ilk rübündə 3 milyard dollar gəlir əldə etdiyini bidlirir. Bu ötən illə müqayisədə 76 faiz artım deməkdir.

Hərçənd ki, Facebook reklam gəlirlərinin maksimuma çatdığını bildirir.

Son həftələr şəbəkə nifrət çıxışları, özünə qəsdən zərər yetirmə və uşaqlara qarşı qeyri-qanuni hərəkətlərə dair siyasətinə görə təniqdlərlə üzləşir.

Çərşənbə günü şəbəkənin icraçı direktoru Mark Zuckerberg saytdakı məzmuna nəzarət etmək üçün 3000 əlavə işçi qüvvəsinin cəlb ediləcəyini deyib.

Hazırda dünya əhalisinin dörddə biri Facebook-un üzvüdür.

Yeni istifadəçilərin çoxu Avropa və Şimali Amerikadandadır.

Son nəticələri şərh edən cənab Zuckerberg deyib ki, istifadəçi bazasının genişlənməsi TV, səhiyyə və siyasət sahələrinə daxil olmaq üçün zəmin yaradır.

Facebook şəbəkəsinin əsas gəlir mənbəyi reklamdır.

Texnologiyalar üzrə CCS Insight qrupunun təhlilçisi hesab edir ki, Facebook-un reklamdan əldə etdiyi gəlirlərin eyni səviyyədə qalması bu sahədən əlavə mədaxil imkanlarının tükəndiyini göstərir.

Martin Garner-in sözlərinə görə şirkət Instagram, Whatsapp, Messenger və virtual reallıq kimi platformalardan gəlir əldə etməyə qadir olduğunu göstərməlidir.

Əlaqəli mövzular

Bu barədə daha geniş