Büstqalter sinə xərçəngini müəyyən edə bilərmi?

Büsqalter Fotonun müəllifi Higia Teknoloji

Meksikada 18 yaşlı bir gənc sinə xərçənginin əlamətlərini daha erkən xəbər vermə sisteminə sahib olacaq bir büstqalter ixtira edib.

Julian Rios Cantu adlı gəncin ixtira etdiyi "Eva" adlı büstqalter hələki prototip mərhələsindədir. Lakn Cantu sınaqlara başlamaq üçün lazım olan pulu toplamağa nail olub.

3 dostuyla birgə şirkət quran gəncin bu layihəsi bu həftə Qlobal Tələbə Təşəbbüsü Təşkilatının mükafatına layiq görülüb. Higia Teknology şirkəti beynəlxalq miqyasda layihəsini inkişaf etdirmək üçün 20 min dollarlıq mükafat qazanıb.

Xərçəngi müəyyən edən büstqalter necə işləyir?

Xərçəng şişləri artan qan dövranı səbəbiylə dəri hərarətini dəyişdirə bilir. Bu büstqalterin hədəfi isə biosensorların hərarətini ölçmək, bunları bir proqrama qeyd etmək və nəzərə çarpacaq hərarət dəyişikliyi olan zaman istifadəçiyə xəbərdarlıq etməkdir.

Ölçülərin uyğun ola bilməsi üçün büstqalterin həftədə 60-90 saat arasında istifadə olunması lazımdır.

Xərçəngi müəyyən edən büstqalter həqiqətənmi işə yarayacaq?

Layihə hələ ki başlanğıc mərhələsindədir. Bütövlikdə sınaqdan kecməyən büstqalter üçün ilk əvvəl tibbi sınaqlar həyata keçirilməlidir.

"Şişlərin normalın xaricində qan damarlarına sahib olduğunu bilirik, ancaq qan dövranı artımının xərçəngi təsbit edəcək etibarlı məlumat olmadığını da bilirik", Böyük Britaniyadakı bir xərçəng araşdırma mərkəzində fəaliyyət göstərən Anna Perman BBC-ə verdiyi açıqlamada deyib.

Fotonun müəllifi Worldwide Breast Cancer örgütü
Image caption Sinə xərçənginin əlamətləri limonlar üzərində göstərilir

"Hazırda bu büstqalterin şişləri təsbit etmək üçün etibarlı bir yol olduğuna dair bir dəlil yoxdur və qadınların keyfiyyətli sınaqlardan keçirilməmiş texnologiyadan istifadə etməsi yaxşı fikir deyil",-deyə Perman əlavə edib.

Sinə xərçəngini təsbit etmək üçün hazırda mövcud olan tövsiyyələr hansılardır?

Vücudunuzu tanıyın - bu həm kişilər, həm də qadınlara aiddir.

Sinə xərçənginin əlamətləri:

  • Sinədə və ya qolaltı hissədə şiş
  • Ölçüsündə, şəklində və ya hissiyyatda dəyişiklik
  • Sinə ucundan axan maye
  • Sinədə ağrı

Julian niyə belə bir büstqalter ixtira edib?

Bu layihənin arxasında fərdi bir səbəb dayanır. Belə ki, Julian 13 yaşında olan zaman anası erkən xərçəng təsbit edilmədiyindən az qala öləcəkmiş.

Bir həkim ona səhvən şişlərin bəd xassəli olmadığını söyləyib. 6 ay sonra ikinci dəfə mamoqrafiyadan keçən qadında xərçəng aşkar edilib. Nəticədə qadının hər iki sinəsi kəsilərək götürülüb.

Julian xəstəliyi və indiki müalicə üsullarını araşdırdıqdan sonra bu fikri inkişaf etdirərək patentləşdirib.

Şirkəti işlətməkdə kömək etmələri üçün dostlarını bir yerə toplayan Julian qarşıdakı ildə satışı nəzərdə tutulan məhsulu hazırlayıb.

Fotonun müəllifi @EPN
Image caption Merksikanın baş naziri mükafatı qazanan Julian-ı Twitter hesabından təbrik edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş