Fransa həddindən artıq arıq modelləri qadağan etdi

modelin ayağı Fotonun müəllifi Getty Images
Image caption Model biznesi qeyri-təbii gözəllik standartlarına görə tez-tez tənqid olunur

Fransada həddən artıq arıq modellərin moda nümayişləri və reklam çəkilişləri üçün istifadəsini qadağan edən qanun qəbul edilib.

Səhiyyə Nazirliyi bildirib ki, bu qadağa, modellərin və digər vətəndaşların sağlamlığına qayğıdan irəli gəlir.

Onun sözlərinə görə, qeyri-təbii və qeyri-real gözəllik standartları adamların əksəriyyətində natamamlıq kompleksini inkişaf etdirir. Bu isə, öz növbəsində, xroniki doyunca yeməməyə aparır.

Yeni qaydalara əsasən, işədüzəlmə zamanı modellər həkimdən sağlamlıq vəziyyəti, o cümlədən bədən çəkisinin norma daxilində olmasına dair arayış təqdim etməlidir.

Bu qayda pozularsa işəgötürən 75 min avro cərimə oluna və ya altı ay həbs edilə bilər.

Yeni qaydalar oktyabrın 1-dən qüvvəyə minəcək.

Fotonun müəllifi Getty Images
Image caption Model olmaq istəyən qızlar həkimdən arayış təqdim edəcək

Bundan başqa, Photoshop proqramı ilə düzəliş edilmiş fotolarda "şəkil retuşlanıb" cümləsi yazılmalıdır.

Belə qaydalar son illərdə İtaliya, İspaniya və İsraildə qəbul olunub.

Həkimlərin məlumatına görə, 30 mindən artıq fransalı anoreksiyadan əziyyət çəkir. Onlardan 90 faizi gənc qadınlardır.

Əlaqəli mövzular