Sevgilindən ayrılmaq üçün başqasına pul verərdinmi?

Couple looking sad Fotonun müəllifi Getty Images

Sevgilinizlə ayrılmaq üçün başqasına pul verərdinizmi?

28 yaşlı Trevor Meyers artıq bir neçə dəfədir ki, bunu edir.

"Mənə elə gəlirdi ki, belə çətin bir vəziyyəti həll etmək başqasına daha asan gələr", Kanadada yaşayan Trevor deyir.

O, sevgilisilə əlaqələri kəsmək üçün The Breakup Shop (Ayrılma dükanı) adlı şirkətin xidmətlərindən dəfələrlə istifadə etdiyini bildirir.

Bu şirkət ayrılmaq istədiyiniz şəxsə SMS, elektron və ya yazılı məktub göndərə bilər. İstəsəniz bunu hətta telefon zəngilə etmək də olar.

"Məncə əksər hallarda onlar başa düşürlər - hər şey çox sadədir. Mən bu xidmətdən tez-tez istifadə etməsəm də şadam ki, belə bir xidmət mövcuddur".

"Kabuslaşmaq"

Şirkəti 2015-ci ilin sonunda kanadalı qardaşlar Evan və Mackenzie Keast təsis edib.

Mackenzie deyir ki, sevgilisi "kabuslaşanada" - yəni, birdən birə həyatından yoxa çıxanda - onun ağlına bu fikir gəlib.

Fotonun müəllifi Evan Keast
Image caption Mackenzie (left) and Evan Keast have ended hundreds of relationships on behalf of other people

"O, bütün mesajlarına və zənglərinə cavab verməməyə başladı, tamamilə yoxa çıxdı. Ondan özü ayrılmağa cəsarət tapmadı", Evan deyir.

Bir həftə ərzində The Breakup Shop xidməti yaradıldı.

Qiymətlər 10-80 Kanada dolları (12-100AZN) arasındadır: SMS və ya elektron məktubun qiyməti 10, şirniyyat və çaxır kimi hədiyyələrlə dolu "Ayrılma Hədiyyə Paketi" isə 80 dollardır.

Bu mesajlara şəxsi sözlər əlavə etmək olsa da Evan vurğulayır ki, şirkət "incidici" sözlər çatdırmaq niyyətində deyil.

Fotonun müəllifi Breakup Shop

Son 18 ay ərzində qardaşlar "yüzlərlə" sevgilinin ayrılmasına yardım edib.

Evan boynuna alır ki, belə bir xidmətin olması bəzilərini narahat edir. Amma o deyir ki, artıq zəmanə başqadır.

"Biz artıq cəld rabitə dövründə yaşayırıq", o deyir. "Hər şey qəfil və kobud baş verir, növbəti nəsil belə əlaqə saxlayır".

Oxford Universitetinin İnternet İnstitutunda tədqiqat aparan Doktor Bernie Hogan deyir ki, romantik əlaqələr necə başlayırsa, indi elə də bitir.

"Daha adamların sevgililərilə ortaq şəraiti olmur. Kiminləsə internetdə və ya tanışlıq applikasiyasında tanış olanda onlar dostunun dostu və ya iş yoldaşları olmur. Ona görə də əlaqələr kəsiləndə ortaq dostlar kimi əlavə çətinliklər olmur", o deyir.

Bu, kabuslaşma məsələsinə aydınlıq gətirir - sadəcə "yoxa çıxmaq" daha asan olur.

Onda ola bilsin tanımadığın adama pul verib sevgilindən ayrılmaq, yoxa çıxıb sevgilinə heç nə deməməkdən daha yaxşıdır, amma Doktor Hogan deyir ki, bu hələ də "normaları pozur".