Eurovision Mahnı Müsabiqəsi: Bu ilki şouya baxış

Scooch
Image caption 10 il öncə Birləşmiş Krallıq bayrağını daşıyan Scooch-u kim unuda bilər

Avropanın qitədən - daha uzaqlardan - olan nümayəndələrin illik mahnı müsabiqəsinin qalibini müəyyənləşdirdiyi aydayıq yenə.

Bu il müsabiqə, sayca 62-cı dəfə baş tutacaq. Bu illər ərzində biz, Abba-n ifasında Waterloo, Bucks və Fizz-n ifasında Making Your Mind Up (Qərara Gəl) və Scooch-n ifasında Flying the Flag (Bayrağı Uçurmaq) kimi mahnıların aşiqinə çevrilmişik.

Bəziləri müsabiqəni "qulaqlarımızı qanadan" zövqsüz musiqi yarışı kimi qəbul edirlər.

Onu bəyənənlər üçün isə bu, hiss, gərginlik və gülüşlə dolu illik əyləncədir.

Bu ilki müsabiqədən öncə bilməli olduğunuz şeyləri təqdim edirik:

1) Əslində müsabiqə üç tədbirdən ibarətdir

İlk dəfə İsveçrənin kurort şəhəri Lugano-da 1956-cı ildə təşkil olunan Eurovision-da, cəmi yeddi ölkə iştirak edirdi.

Hər ölkə iki mahnı təqdim etmişdi və ev sahibi ölkə İsveçrə qalib gəlmişdi.

Lakin, illər ərzində iştirakçı ölkələrin sayı artdığına görə, müsabiqə iki yarım-finala bölünüb.

İlk yarım-final çərşənbə axşamı və ikincisi cümə axşamı günü baş tutacaq. Məqsəd finalçıların sayını - bu il 36 ölkə iştirak edir - 20-ə endirməkdir.

Həmin 20 ölkə isə şənbə günü baş tutacaq finalda yarışacaq. Burada onlara "böyük beşlik" adlanan ölkələr Fransa, Almaniya, İtaliya, İspaniya, Birləşmiş Krallıq və ev sahibi ölkə Ukrayna qoşulacaq.

Müsabiqənin təşkilinə ən çox pul ödəyən ölkələr olduğuna görə "böyük beşliyə" daxil ölkələr avtomatik finalda iştirak edirlər.

Finalın 26 iştirakçısı içində kimin qələbə qazanacağı isə, münsiflər heyəti və həmin gecə səs verən tamaşaçılardan asılıdır.

Qalib gələn çıxış, mikrofon formalı şüşə kubok ilə mükafatlandırılır və həmin ölkə növbəti ilki müsabiqəni keçirmək haqqı qazanır.

2) Səsvermə necə baş tutur?

Keçən ilə qədər yarışan hər bir ölkənin münsiflər heyəti və tamaşaçılarının verdiyi səslər birgə hesablanır və eyni anda elan olunurdu.

İndi isə səsvermə sistemi dəyişib. Belə ki, əvvəlcə ölkələrin münsiflər heyətinin səsləri hesablanıb elan olunur, daha sonra, ölkələrdən gələn səslər toplanıb sonda təqdim edilir.

Fotonun müəllifi Getty Images
Image caption Keçən il Ukraynanı qalib edən Cəmalənin ifası təəccübə səbəb olmuşdu

Bu isə dramatik dəyişikliklər yaradır. Keçən ilki müsabiqədə Avstraliyanın iştirakçısı irəli olsa da, Ukrayna son dəqiqədə tabloda ilk sıraya qalxdı.

3) İndiyədək müsabiqənin 64 qalibi olub

Image caption Müsabiqənin dörd qalibi olan il, Birləşmiş Krallığı Lulu təmsil edirdi

İndiyədək 61 yarış baş tutsa da, 64 qalib olub. Ona görə ki, 1969-ci ildə yarış dörd nəfərin qələbəsi ilə bitmişdi - Fransa, İspaniya, Hollandiya və Birləşmiş Krallıq. Onların hər biri eyni xalı toplamışdılar.

Bu isə "qalmaqala" səbəb olmuşdu və nəticədə müsabiqənin səsvermə qaydaları dəyişdirilmişdi.

İrlandiya 1970 və 1996-cı illər arasında 7 dəfə qələbə əldə edərək müsabiqənin ən çox qalib gələn ölkəsinə çevrilib.

İsveçrə altı dəfə qalib gəldiyi halda Birləşmiş Krallıq, Fransa və Lüksemburqla birlikdə hərəyə beş qələbə paylaşır.

4) Birləşmiş Krallıq son illərdə qələbə qazana bilməyib

Image caption Birləşmiş Krallığın təmsilçiləri arasında ən son qələbə qazananlar Katrina and Waves olub

Birləşmiş Krallıq son qələbəsini 20 il əvvəl Dublində əldə edib. Katrina and Waves, Love Shine a Light (Sevgi İşıq Saçır) adlı mahnı ilə birincilik qazanmışdılar.

O zamandan bəri ilk üçlükdən tutmuş 2003-cü ildə qazanılan "nul points"a qədər Britaniyanın bəxti dəyişkən olub.

Son ən yaxşı ifalara isə Blue və Engelbert Humperdinck-i daxil etmək olar.

Bu ölkə artıq səkkiz ildir ki, ilk onluğa düşə bilmir.

Bu il Britaniyanı Lucie Jones Never Give Up on You (Səndən Vaz Keçmərəm) mahnısı ilə təmsil edəcək. Mahnının müəllifi 2013-cü ildə Danimarkanın qalib mahnısını yazan və ifa edən bəstəkardır.

26 yaşlı Jones, Britaniyanın Aİ-dən çıxması ilə bağlı söhbətlərdən əziyyət çəkə biləcəyi fərziyyələri rədd edib və bildirib ki, bundan qəti "narahat deyil".

5) Artıq Avstraliya da Eurovision-da iştirak edir

Avstraliyanın müsabiqədə iştirak qərarına xəritədən başı çıxmayanlardan başqa, hamı təəccübləndi.

Onların eksperimental xarakter daşıyan ilk çıxışı kifayət qədər uğurlu olduğuna görə, bu il də bəxtlərini sınamaq qərarına gəliblər.

Fotonun müəllifi Peter Brew Bevan
Image caption Isaiah Avstraliya X Factor-n keçmiş qalibidir və 11 bacı-qardaşı var

On yeddi yaşlı Isaiah Firebrace Avstraliyanı bu il Eurovision-da təmsil edəcək. Ümid edirik ki, o, Don't Come Easy (Asan Gəlmə) mahnısı ilə yuxarı yerlərdən birində qərarlaşacaq.

Justin Timberlake-in ötən ilki yarışda çıxışı, Birləşmiş Ştatların da gələcəkdə Eurovision-da iştirak edəcəyinə yozulmuşdu.

Fotonun müəllifi Getty Images
Image caption Timberlake keçən il Stokholmda Can't Stop the Feeling (Hissimə Sahib Ola Bilmirəm) mahnısı ilə çıxış edib

6) Müsabiqə harada keçirilir?

Bu il müsabiqə tam 12 il öncə 2005-ci ildə yarışa ev sahibliyi etmiş Kiyevdə baş tutacaq.

Müsabiqə, Kiyevin Beynəlxalq Sərgi Mərkəzində keçiriləcək. Bu böyük bina, 11 min nəfərlik tutuma malikdir.

Fotonun müəllifi EPA
Image caption Yuliya Samoilova 2015-ci ildə Krıma getdiyinə görə, yarışdan kənarlaşdırılıb

Ukrayna ilə Rusiya arasındakı siyasi münaqişə, Eurovision-dan da yan keçməyib. Belə ki, Rusiyanın təmsil etməyə hazırlaşan Yuliya Samoilova müsabiqədən kənarlaşdırılıb.

Ukrayna, 2014-cü ildə Rusiyaya birləşdirilən Krım yarımadasına səfərinə görə Yuliyanın müsabiqədə çıxışına qadağa qoyub.

Keçən ay Rusiyanın Birinci Kanalı elan edib ki, kanal bu ilki müsabiqəni yayımlamayacaq.

Bu barədə daha geniş