Eurovision: 9 yaddaqalan çıxış şəkillərdə

Kiyevdə keçiriləcək Eurovision Mahnı Müsabiqəsinin finalına bir neçə gün qalmış, gəlin bundan əvvəlki yarışlarda iştirakçıların 9 ən yadda qalan səhnə nümayişinə və geyimlərinə nəzər salaq.

Fotonun müəllifi Getty Images
Image caption İsveçin Abba qrupu 1974-cü ildə keçirilmiş Eurovision Mahnı Müsabiqəsinin qalibi olarkən, kavboy pencəklər və parıltılı kosmik çəkmələr geyinmişdilər.
Fotonun müəllifi Rex/Shutterstock
Image caption Bundan fərqli olaraq, 1967-ci ildə Vyanada keçirilmiş yarışda isə Britaniya təmsilçisi Sandie Shaw səhnəyə ayaqyalın çıxıb.
Fotonun müəllifi Rex/Shutterstock
Image caption Britaniya yenidən 1981-ci ildə Bucks Fizz-lə uğur əldə edib. Cheryl Baker, Mike Nolan, Bobby G and Jay Aston (soldan sağa) əsasən rəngarəng geyimlərinə və qızların açıla bilən yubkalarına görə qələbəyə nail olub.
Fotonun müəllifi Getty Images
Image caption 1998-ci ildə keçirilmiş yarışda İsrailə qələbə qazandırdıqdan sonra transgender pop ulduzu Dana International qələbə ifasını bu tüklü Jean-Paul Gaultier geyimində ifa edib.
Fotonun müəllifi Rex/Shutterstock
Image caption 2002-ci ildə Sloveniyalı üçlük olan Sestre, stüardessaları Estoniyanın paytaxtı Tallinə gətirib.
Fotonun müəllifi Getty Images
Image caption 2006-cı ildə Afinadakı yarışda Finlandiyanın metal rok qrupu Lordi yarasa qanadları, şeytan buynuzları və kəllə sümükləri ilə bəzədilmiş kostyumda səhnəyə çıxıb.
Fotonun müəllifi Getty Images
Image caption Növbəti il isə Finlandiyanın paytaxtı Helsinkidə ukraynalı ifaçı Verka Serduçka bu kostyumlarda ikinci olub.
Fotonun müəllifi Getty Images
Image caption Avstriyanın saqqalı ifaçısı Conchita Wurst Danimarka paytaxtı Kopenhagendə Rise Like A Phoenix mahnısı ilə birinci olub.
Fotonun müəllifi Getty Images
Image caption Həmin il bir çoxları üçünsə Polşa təmsilçiləri Donatan və Cleo qısa və açıq geyimləri ilə daha cəlbedici olublar.

Əlaqəli mövzular

Bu barədə daha geniş