Müəlliməlikdən Fransanın birinci xanımlığına - Brigitte Trogneux

Macron xanımı Brigitte ilə Fotonun müəllifi Reuters
Image caption Macron xanımı Brigitte ilə

Hamımız artıq bilirik ki, Fransanın yeni prezidenti keçmiş investisiya bankiridir, François Hollande hakimiyyəti zamanı dövlət naziri olub və sosial-liberal çıxışları sayəsində seçkilərdə qalib gəlib.

Bəs, yeni Birinci xanım kimdir?

Gəlin, ən ümumi parametrə nəzər salaq: təsəvvür edin ərinizdən 24 yaş böyüksünüz.

Macron-larınkı qeyri-adi bir münasibətdir.

Və ya yeni prezidentin toyu günü dediyi kimi: "Adi olmayan, normal olmayan - bu sifəti heç bəyənməsəm də belə - var olan cütlük."

64 yaşlı Brigitte ilə əri arasındakı yaş fərqi, ABŞ prezidenti Donald Trump ilə xanımı Melania arasındakı yaş fərqi ilə eynidir.

Onlar ilk görüşdüklərində Macron yeniyetmə oğlan, Brigitte isə onun teatr müəlliməsi idi. (Qeyd edək ki, hazırda Macron-un 39 yaşı var.)

Deyilənlərə görə 15 yaşlı Emmanuel, yaşına görə intellektual baxımdan çox inkişaf edibmiş. O, Amiens-də yerləşən özəl Cizvit məktəbində təhsil alıb.

Fotonun müəllifi AFP
Image caption Cütlük 2007-ci ildə evlənib
Fotonun müəllifi AFP

Brigitte-in dediklərinə əsasən, o, yeniyetmə kimi davranmır və ya çıxış etmirdi.

"Məni bu oğlanın zəkası valeh etmişdi," o deyib.

Brigitte Trogneux

Macaroni şirniyyatı ilə məşhur bir şokolad şirkətinin varisi, bankir Andre Auziere ilə ailə qurmuş və birlikdə üç övlad sahibi olmuş teatr müəlliməsi Brigitte Trogneux, indiki əri ilə müəllimə olarkən tanış olub.

Emmanuel-in valideynləri onun aşiq olduğunu hiss etsələr də, məşuqənin kimliyindən xəbərsiz olublar.

Bioqraf Anne Fulda-a görə, onlar fikirləşirmişlər ki, bu, oğullarının sinif yoldaşı Laurence Auziere-dir.

Amma, sən demə oğullarının bir könüldən, min könülə vurulduğu qızın anası imiş.

Bundan xəbər tutan valideynlər, "Fulda-ın dediyi kimi", Brigitte-dən xahiş edirlər ki, Emmanuel-in 18 yaşı olana kimi ondan uzaq dursun.

"Heç bir şey söz verə bilmərəm," deyə o cavab verib.

Fotonun müəllifi AFP

17 yaşlı Emmanuel hazırkı xanımına bir gün onunla evlənəcəyini deyir. Və sözünün üstündə durur, onlar düz on il sonra, 2007-ci ildə ailə qururlar.

İndi Macron-un anası deyir ki, onlar Brigitte ilə qaynana-gəlin yox, "dost" kimidirlər.

Emmanuel-in keçmiş sinif yoldaşı Laurence, ögey atasının ən tanınmış tərəfdarına çevrilərək, seçkilərdə onu dəstəkləyib.

Brigitte-n digər qızı 32 yaşlı hüquqşünas Tiphaine də, Macron-un seçki kampaniyasında iştirak edib.

Seçki nəticələri Parisdə Louvre-də qeyd olunarkən ailə üzvləri bir arada olublar.

Yeni seçilmiş prezidentin üç ögey övladı və yeddi ögey nəvəsi var.

Fotonun müəllifi Reuters
Image caption Laurence Auziere Macron-un sinif yoldaşı olub

2014-cü ildə əri İqtisadiyyat naziri seçildikdən sonra, Brigitte, müəllimə kimi fəaliyyətini dayandırıb və ərinin məsləhətçisinə çevrilib.

Ərinin qadınlarla bağlı fikirlərinin formalaşmasında onun əvəzsiz rolu olub.

Birinci Xanım öhdəliyi

Macron, iyunda baş tutacaq qanunvericilik seçkilərində En Marche! adlı partiyasından olan namizədlərin yarısının qadın olacağına söz verib.

O deyib ki, birinci xanım mövqeyini rəsmiləşdirmək istəyir.

Keçən ay Vanity Fair jurnalına müsahibəsində Macron bildirib: "Əgər mən seçilsəm, üzr istəyirəm, biz seçilsək, xanımımın həm yeri, həm də vəzifəsi olacaq."

Keçmiş müəllimə kimi, onun gənclərə köməyi dəyə bilər, lakin, Brigitte-in hələ də nə işlə məşğul olacağı bəlli deyil.

Macron vəzifənin məvacibsiz olacağını desə də, Brigitte bildirib ki, buna düzəliş edəcək.

Fotonun müəllifi Reuters
Image caption Macron arvadının "birinci xanım" titulunu rəsmiləşdirmək istəyir

"Məsələlər ilə bağlı onun varlığı, mövqeyi və baxışları çox mühümdür. Həmişəki kimi yanımda olacaq və eyni zamanda, ictimai bir rolu da olacaq," Macron deyib.

Bəzi fransalı karikaturaçılar cütlüyü ələ salaraq, Macron-un tələbə kimi arvadından dərs aldığını göstərən şəkillər çəkiblər.

Hətta, Macron-un seçkilərdəki əsas rəqibi Marine Le Pen də, bu ər-arvadın münasibətləri haqqında atmacalı danışıb.

"Cənab Macron, görürəm ki, siz mənimlə müəllim və şagird oyunu oynamaq istəyirsiniz," o, kinayəli gülüşlə demişdi. "Amma, bu mənlik deyil."

Bütün bunlara baxmayaraq, Xanım Macron da əri ilə aralarındakı yaş fərqinə gülməyi bacarır.

"(Macron) 2017-ci il prezidentlik seçkilərində namizədliyini irəli sürməlidir, çünki, 2022-ci ilə qədər mənim simam onun üçün problem yarada bilər."

Əlaqəli mövzular

Bu barədə daha geniş