Dinozavrlara həyatda qalmaq üçün niyə bir neçə saniyə çatmadı?

Рисунок, воспроизводящий молмент падения астероида Fotonun müəllifi BARCROFT PRODUCTIONS/BBC
Image caption Bu şəkildə asteroidin Yerə düşmə zərbəsi əks olunub: zərbədən ayrılan enerji Xirosimaya atılan atom bombalarının enerjisinə bərabərdir

66 milyon il əvvəl asteroidin Yerə düşməsi nəticəsində meydana gələn Chicxulub krateri üzərində tədqiqat aparan alimlər dinozavrların bu qədər sürətlə ölməsinə aydınlıq gətiriblər.

Bu barədə bu günlərdə BBC-nin "Dinozavrların öldüyü gün" adlı televiziya filmində söhbət açılıb.

Krateri araşdıran tədqiqatçılar Meksika körfəzində asteroidin düşdüyü yerdə qalıq nümunələrini aşkar ediblər.

Alimlər tərəfindən toplanan materiallar Yer üzündə təbaşir və paleogen dövründə baş verən hadisələrlə bağlı yeni məlumatların əldə olunmasına imkan yaradır.

Məlum olub ki, diametri təqribən 15 km olan və Yukatan yarımadasına düşən bu nəhəng asteroid enmək üçün daha pis yer və daha pis zaman tapması mümkün deyildi.

Fotonun müəllifi BARCROFT PRODUCTIONS/BBC
Image caption Meksika körfəzində qazıntı işləri ötən ilin aprel və may ayında aparılıb

Burda sahil suları dayaz deyildi, bu isə o deməkdir ki, atmosferə mineral gillərdən ayrılan böyük miqdarda kükürd atılmışdır.

Göy cisminin yerə düşməsi nəticəsində isə davamlı "qlobal qış" dövrü başlamışdı. Əgər asteroid başqa əraziyə düşsəydi o zaman nəticələr tamamilə başqa olardı.

"Məsələ ondadır ki, dinozavrların ölümünə asteroidin ölçüsü, onun zərbə gücü və hətta təbii fəlakətin qlobal nəticələri səbəb olmayıb.

"Səbəb zərbənin baş verdiyi ərazidir", -deyə "Dinozavrların öldüyü gün" filminin aparıcılarından biri Ben Garrod bildirib.

Əgər asteroid təqribən bir neçə saniyə əvvəl və ya sonra düşsəydi, o zaman o dayaz sahil sularında deyil, dərin okeanda dağılardı.

Asteroid Atlantik və Sakit okeana düşmüş olsaydı o zaman daş süxurlarının buxarlanmasının və asteroidin zərbəsindən Yerdən ayrılan ölümcül kalsium sulfatının sayı daha az olardı. Məhlul daha qatı olardı və günəş şüaları Yerin səthinə doğru irəliləyərdi. Bu isə o deməkdir ki o zaman canlı təbiətin qlobal fəlakətindən qaçmaq olardi.

Fotonun müəllifi BARCROFT PRODUCTIONS/BBC
Image caption Daş süxurlar böyük təzyiqə məruz qalıblar

"Soyuq və qaranlıq okean dünyasında bir həftə ərzində qida bitmişdi, kiçik bir vaxtdan sonra isə quruda da qita bitdi. Planetdə diniozavrlar üçün qida qalmadığına görə onların sağ qalmaq şansları çox az idi ", - deyə Ben Gorrod izah edib.

Kraterin süxurları 1300 metr dərinlikdən hasil edilib. Ən dərin süxurlar isə kraterin daxilindəki "zirvə halqası" adlanan daş radial yaldan çıxarılıb. Bu daş süxurlar zərbə nəticəsində daha güclü deformasiyaya uğrayıblar.

Professor Joe Morgan və Sean Gulick-in rəhbərlik etdiyi təqdiqatçılar qrupu əldə olunan materialları analiz etməklə asteroidin düşməsini və ətraf mühitdə baş verən dəyişiklikləri daha ətraflı təsvir etməyin mümkün olacağına ümid edirlər.

Fotonun müəllifi Max Alexander/B612/Asteroid Day
Image caption Tədqiqat qrupuna Joe Morgan (İmperial London College) və Sean Gulick (Univercity of Texas) başçılıq edirdi
Fotonun müəllifi NASA
Image caption Kraterin xarici halqası - ağ xətt- qismən Yukatan yarımadasında gizlənib, lakin daxili zirvə halqasını ən yaxşısı sahil sularında araşdırmaqdır (qırmızı nöqtə qazıntı yerini əks etdirir)

Chickxulub krateri: Yer üzərində həyatı dəyişən zərbə

  • Diametri 15 km olan göy cismi eni 100 km, dərinliyi 30 km olan çuxura düşüb.
  • Nəticədə 200 km diametri və bir neçə kilometr dərinliyi olan krateri yaradan cisim partlamışdı
  • Kraterin mərkəzi yenidən qalxaraq daxili halqanı geridə qoyaraq təzədən məskunlaşıb
  • Bu gün kraterin böyük hissəsi sahil sularında, 600 metrlik dəniz yataqlarında gizlənib
  • Quruda isə krater əhəngdaşları qatlarında gizlənib.
Fotonun müəllifi Max Alexander/B612/Asteroid Day
Image caption Bu məhşur yerlər kraterlə örtülən zəif əhəng daşlarında formalaşıb

Alimlər hesablayıblar ki, kraterin yaranması zamanı ayrılan enerji təqribən 10 milyard atom bombasının (Xirosimaya atılan atom bombaları kimi) enerjisinə bərabərdir.

İndi onlar bizim gördüyümüz qaydaların necə deformasiyaya uğradığını anlayırlar. Bundan başqa tədqiqatçılar asteroid düşdükdən sonra bir neçə il ərzində bu əraziyə həyatın necə geri qayıtmasını araşdırırlar.

"Donozavrların öldüyü gün" filminin aparıcılarından biri Alise Roberts ABŞ-ın New-Jersey ştatındakı canlı varlıqların qalıqlarının 25 min parçasının tapıldığı daş karxanasına yola düşüb. Bu qalıqlar asteroid düşən zaman baş verən təbii fəlakətin bilavasitə qurbanlarının kütləvi ölümünün sübutudur.

"Bütün bu qalıqlar 10 santimetr qat qalınlıqda yerləşib ", - deyə paleonteloq Kenneth Lacovara bildirib.

"Onlar bir anda həlak oldular və torpağa qarışdılar. Bu geoloji zamanın müəyyən anı idi. Bu günlər, həftələr, bəlkə də aylar idi. Amma bu nə min il idi, nə də yüz min il idi. Bu əslində bir anlıq hadisə idi ", - deyə alim iddia edib.

Fotonun müəllifi BARCROFT PRODUCTIONS/BBC
Image caption Alice Roberts paleontoloq Kenneth Lakovara ilə birgə New-Jersey ştatındakı minlərlə qalığın tapıldığı daş karxanasını ziyarət ediblər
Fotonun müəllifi BARCROFT PRODUCTIONS/BBC
Image caption 25 min qalıqdan bəziləri New-Jersey-dəki bu böyük zirzəmidə yerləşdirilib

Əlaqəli mövzular