Texaslı kişi ilk görüşdə başqası ilə mesajlaşan qadını məhkəməyə verib

Brandon Vezmar Fotonun müəllifi ABC
Image caption Vezmarın sözlərinə görə qadının davranışı sivil cəmiyyətə təhlükədir.

Texas sakini ilk görüş üçün kinoya dəvət etdiyi qadından bilet pulunu tələb edir.

Brandon Vezmar deyir ki, qadın zalda davamlı olaraq telefonla yazışmalar aparıb.

Ona irad tutanda isə kinoteatrı tərk edib.

37 yaşlı cənab Brandon hadisədə zərər çəkmiş kimi Austin şəhərinin məhkəməsinə iddia ilə müraciət edib.

O, qadının davranışını sivil cəmiyyət üçün təhlükə adlandırır və bilet pulunun (17,31 dollar) qaytarılmasını istəyir.

Qadın pul ödəmək tələbini rədd edib.

Fotonun müəllifi Facebook
Image caption Brandon Vezmar bilet pulunu tələb edir

O deyir ki, hadisə baş verən günü sevgilisilə arası dəyən rəfiqəsinə cəmi bir neçə mesaj göndərib.

"Telefon üzərimdə olub, lakin mən heç kimə mane olmamışam".

İddiada bildirilir ki, qadın qaydalara zidd olan mesaj göndərməklə Vezmar və ətrafdakıların filmi tamaşa etməsinə mane olub.

Əlaqəli mövzular