Dubayda ilk robot polis işə başlayır

Robot polis Fotonun müəllifi Dubai Media Office

Dubayda polis əməkdaşları şəhərdə vəzifəsini icra etməyə başlayacaq ilk robotu ictimaiyətə təqdim edib.

Robot polislər şəhərdəki alış-veriş mərkəzlərinə və turistlərin ziyarət etdiyi yerlərə nəzarət edəcəklər.

Bundan başqa insanlar robot polislərə cinayət barədə məlumat verə biləcək, cəza cəriməsi ödəyəcək və sinəsindəki ekrana toxunmaqla məlumat ala biləcəklər.

Robot polislər tərəfindən toplanan məlumatlar səlahiyyətli nümayəndələrlə də paylaşılacaq.

Hökumət 2030-cu ilə qədər polis qüvvəsinin 25 fazini robotlaşdırmağı planlaşdırdığını bəyan edib.

Fotonun müəllifi Dubai Media Office

Amma hökumət nümayəndələri robotların insanların yerini tutmayacağını da qeyd ediblər.

"Polis məmurlarımızı bu maşınlarla əvəz etməyəcəyik", - deyə Dubay smart təhlükəsizlik xidmətləri başçısı Halid El Razuki deyib.

Razuki daha sonra bunları əlavə edib:

"Amma Dubayda yaşayanların sayı artır. Bu səbəbdən də doğru yerdə işləmələri və təhlükəsiz bir şəhər kimi qəbul etmələri üçün polis məmurlarımızın yerini dəyişdirəcəyik. Bir çox insan polis bölmələrini və müştəri xidmətini ziyarət edir, ancaq bu robotlarla 7 gün 24 saat xalqa yetişə bilərik ".

Hazırda robot yalnız ərəbcə və ingiliscə ünsiyyət qura bilir.

Gələcəkdə hədəf robotun rus, çin, fransız və ispan dilində danışmasıdır.

Əlaqəli mövzular