Manchester hücumu: ictimai yerləri təhlükəsiz etmək üçün nə etmək olar?

Manchester Arena'da patlamanın ardından kaçışan müzikseverler Fotonun müəllifi @ZACH_BRUCE/reuters
Image caption Manchester Arenada baş verən partlayışdan sonra qaçan insanlar.

Bazar ertəsi Manchester Arenada bir intiharçının həyata keçirdiyi partlayışda 22 nəfər həlak oldu, onlarla insan yaralandı. Bəs izdihamlı ictimai yerlərin terror hücumlarından qorunmasının bir yolu varmı?

Terrorla mübarizə üzrə mütəxəssislər izdihamlı yerlərdə qoruma ilə bağlı təhlükəsizliyi bir soğanın halqaları kimi düşünməyimizi istəyirlər.

Soğanın ortasında bir hədəf vardır. Bu hökumət binası.hərbi baza, alış-veriş mərkəzi və ya başqa bir ictimai yer ola bilər.

Soğanın xarici halqaları isə terroçunun keçməsi lazım olan manelər kimidir.

Hücumun qarşısındakı ən bariz maneə fiziki manelərdir. Barjlar.qapılar, kəskin döngələr avtomobillə hazırlanan hücumların qarşısını almaq üçün lazım olan maneə üsullarıdır.

Bu üsullar təsirli olsa da, cox təəssüf ki, təhdid izdihamlı ictimai yerlərə daha asan yol tapır.

Image caption errorla mübarizə maneələrinin təsirini ölçmək üçün keçirilən sınaqdan bir kadr

Ariana Grande-nin konsertindəki kimi baş verən hücumların qarşısını almaq üçün nə etmək lazim olduğunu düşünmək sizə çox çətin gələ bilər.

Hər an hərəkət vəziyyətində olan bir intiharçıya qarşı hansı təhlükəsizlik tədbirini təşkil etmək olar?

Materiallara nəzarət etmək

Hər hücumun qarşısını almaq mümkünsüz olsa da, Manchester Arenada baş verən hücum fiziki maneələrin xaricində də tədbirlərin həyata keçirlməsinin əhəmiyyətli olğunu ortaya qoyur.

Orada soğanın xarici qatları deyə biləcəyimiz təhlükəsizlik tədbirləri onsuz da movcuddur.

Hücumların həyata keçirilməsini daha çətin vəziyyətə gətirmək üçün ediləcək dəyişikliklərdən biri bombanın hazırlanmasında istifadə olunan bəzi gübrə və kimyəvi maddələrin satışına ciddi nəzarət etməkdir.

Bəzi kimyəvi maddələr və dərmanlar bunun üçün icazə sənədi olan insanlara satılır.

Terrorla mübarizə əməkdaşları mağazalara bu maddələri təhlükəsiz bir şəkildə saxlamaqla bağlı tövsiyyələr verir.

Fotonun müəllifi Getty Images

Şirkətlər öz işçiləri və müştərilərinin təhlükəsizliyini necə qoruya biləcəkləri ilə bağlı yardım da alırlar.

İşçiləri təlimatlandırmaq, təhlükəsizlik avtomobillərini idarə etməyi öyrətmək və təhlükəsizliyi irəli çıxaran təcrübələr bir iş yerinin terror təhdidlərinə cavab vermək bacarığını əhəmiyyətli dərəcədə artıra bilər.

Stadionların da daxil olduğu müxtəlif məkanlara təlim keçən Argus layihəsi ötən il hökumət tərəfindən həyata keçirilmişdi.

İş yerlərini, müştərilərini tanımaq üçün cəsarət verən və onları sual verməyə həvəsləndirən başqa proqramlar da mövcuddur.

Həssas yanaşma

Bu cür yanaşma tərzi yüzlərlə insanı öldürməyi planlaşdıran 5 nəfərin həbs olunmasında öz təsirini göstərmişdi.

Bir depoda işləyən şəxs çuvaldakı gübrədən şübhələnərək polisə xəbər verib. Polis də gübrəni pişik nəcisi ilə dəyişdirmişdi.

Bu cür təcrübələr təsirli olsa da, terror aktını həyata keçirməyə qərarlı olan insanların fərq edilməyəcəyi hallar hər zaman olub və olacaq .

Fotonun müəllifi Getty Images

Norveçli terrorçu Anders Breivikin 2012-ci ildə həyata keçirdiyi hücum zamanı 77 nəfər həlak olmuşdu.

Terrorçu partalyıcı qurğunu hazırlayarkən isitfadə etdiyi kimyəvi maddələri və gübrələri qanuni yollarla almışdı. Cünki o, bir fermer idi.

Terror hücumlarını həyata keçirmək istəyənlərin üsullarını və hədəf seçimlərini dəyişdirlə bilməsi təhlükəsizlik sistemimizi təmsil edən soğanın xarici halqalarının da eyni sürətdə uyğunlaşmasını tələb edir.

Terrorla mübarizə kampaniyaları bunu həyata keçirmək üçün insanlardan şübhələri barədə dərhal bildirmələrini tələb edir.

Bu kampaniyanın da təsiri öz təsdiqini tapıb.

Məsələn, qatarda yol gedən bir sərnişin, səyahət zamanı digər bir sərnişinin partlayış videoları izlədiyini müşahidə edib və sonra narahatlığını səlahiyyətli nümayəndələrə bildirib.

Bundan sonra aparılan istintaq nəticəsində həmin şəxsin təhlükəli olduğu məlum olub.

Fotonun müəllifi Peter Byrne

Qaç, gizlən, söylə

İctimaiyyəti bir hücum zamanı nə etmək lazım olduğu barədə məlumatlandıran "Qaç, gizlən, söylə" kimi kampaniyalar da insanların hücum zamanı məlumatlarını əhəmiyyətli dərəcədə artırır.

Son olaraq hücumu təşkil edənlərin məntiqini də anlamaq çox mühümdür.

Bu cür hücumları təşkil edənlər qorxu, qeyri-müəyyənlik və qəzəb yaratmağı xoşlayırlar.

Davranışlarımızı dəyiştirməyimizi, təhlükəsizlik xidmətlərinə, hökumətə və son olaraq bir birimizə inamımızı itirməyimizi istəyirlər.


Bu məqalə, BBC üçün başqa bir qurumda işləyən ekspert tərəfindən hazırlanıb.

Dr. Brooke Rogers King's College MüharibəTədqiqatları şöbəsində risk və terror sahəsində təhqiqatlar aparır.


Əlaqəli mövzular

Bu barədə daha geniş