Lord Vedrəbaş - Britaniya Baş nazirinin rəqibi

Britaniyada seçkilər

Britaniya Baş nazirinə qarşı seçki mübarizəsi aparan Lord Vedrəbaş kimdir?

Özünü "qalaktikalar arası kosmos lordu" elan etmiş bu şəxs bu həftə keçirilən seçkilərdə Baş nazir Theresa May-in seçki məntəqəsində ona qarşı mübarizə aparıb.

Düzdür, o qalib gələ bilməyib, amma 249 səs toplayıb.

Bəs biz Britaniyanın ən vedrəbaş siyasətçisi haqqında başqa nə bilirik?

Image caption "Lord Vedrəbaş yeni rekord vurub. Bayram etməyə səbəb var", deyə o bu şəkli paylaşaraq tvitləyib.

O bunu əvvəllər də edib

1987-ci ildə Lord Vedrəbaş Margaret Thatcher-ə, 1992-ci ildə isə John Major-a qarşı, seçkilərdə mübarizə aparmışdı.

Onun dəqiq eyni adam olub-olmadığını müəyyən etmək çətindir, çünki hər iki halda onun başında vedrə vardı.

Fotonun müəllifi Twitter

İlk baxışda Lord Vedrəbaş sizə sadəcə başına vedrələr keçirməyi sevən, seçkilərdə baş nazirlərə qarşı mübarizə aparan bəsit bir xarakter kimi görünə bilər.

Əslində isə, o çox fəal biridir. Bu ilin seçki manifestində o vəd verib ki, seçkiləri qazanarsa, müğənni Adeli milliləşdirəcək.

"Britaniya resurslarından səmərəli istifadəni təmin etmək üçün və hər kəsin faydalanması naminə, dahi britaniyalıların ictimai mülkiyyətçiliyə qaytarılması zamanıdır", -o məqsədini belə izah edib.

O, Baş nazirə qarşı güclü müxalifət yaradacağını, parlamentdə yerini ejektor oturacağına çevirəcəyini, Maidenhead məntəqəsini dünya xəritəsinə yerləşdirəcəyini də vəd edib.

Bundan başqa o, ölkədəki bütün lordların ləğv ediləcəyinə söz verib. Əlbəttə ki, Lord Vedrəbaşın özündən başqa.

Image caption O, Siseronun "Seçkiləri necə qazanmalı" əsərini oxuduğunu tvitləyib.