Çində alkoqollu içkilər universiteti yaradılır

likör Fotonun müəllifi JAVIER PETRUCCI

Dünyanın ən bahalı alkoqollu içkilər şirkəti yüzlərlə tələbənin içki aləmini elmi araşdırmasına imkan yaratmaq istəyir.

Hazırda Çinin dövlət Kweichow Moutai içki şirkəti ölkənin cənubundakı Quanqjou əyalətinin Renhuay şəhərində Moutai Universitetini açmaq üçün Təhsil Nazirliyinin lisenziyasını gözləyir.

Buradakı 13 hektarlıq düşərgədə ətraf yerlərdən cəlb olunmuş 600 tələbə şərabçılıq, ərzaq keyfiyyəti və qida təhlükəsizliyi kimi fənləri öyrənəcək.

South China Morning Post qəzeti yazır ki, Çinin içki sənayesi uzun müddət mütəxəssis korluğu çəkib və bu universitetin gələcək ekspertləri yetişdirəcəyinə ümid bağlanır.

"Milli içki"

Kweichow Moutai xüsusi spirtli içki növü buraxır. Moutai əsl milli içki sayılır və onu dövlət qəbullarında istehlak edirlər.

Moutai, eyni zamanda Çinin dövlət rəsmiləri tərəfindən yüksək vəzifəli qonaqlara hədiyyə edilir.

Bu içki, həm də rüşvət vasitəsi hesab olunduğundan, təbiidir ki, hökumətin korrupsiyaya qarşı hücumlar etdiyi 2014-cü ildə onun satışı 30 faiz azalıb.

İndi isə korrupsiyaya qarşı tədbirlərin bir qədər yumşaldılması bu içki şirkətini Johnny Walker Diageo, Forbes kimi şirkətlərdən bahalı edib. Hazırda bir şüşə Moutai-ın qiyməti 1300 yuandır (166 dollar) və məhsulun 95 faizi Çinin daxili bazarında satılır.

South China Morning Post yazır ki, Moutai Universiteti Çində qeyri-adi təhsil verən ilk belə ali məktəb deyil.

Ölkədə çay xərçəngi hazırlamağı, lotoreya və isti makaron "elmlərini" tədris edən universitetlər də var.

Əlaqəli mövzular