Lüks tətillər və rəsmi şəxslərlə danışıqlar keçirən saxta şahzadə həbs edilib

Sahte prensin, aktris Pamela Anderson'ı "kontes" ilan ettiği de ortaya çıktı. Fotonun müəllifi TWITTER/GOSSIP ITALIA
Image caption Saxta şahzadə aktrisa Pamela Anderson-u "hersoginya" elan etdiyi də bəlli olub

İtaliyada illərdir özlərini "Monteneqro və Makedoniya Şahzadəsi Stefan Cernetic" və "Makedoniyanın Səfiri" kimi tanıdaraq müftə lüks istirahətlərə gedən və rəsmi şəxslərlə danışıqlar aparan iki nəfər həbs edilib.

Saxta şahzadə 57 yaşlı C.S və "səfir" 63 yaşlı S.S. keçən yay keçirdikləri bir lüks istirahətdən sonra yaxalanıblar.

Onlar İtaliyanın cənubunda Puglia bölgəsində 5 ulduzlu bir oteldə tətil etdikdən sonra otel rəhbərliyi xərclər barədə Makedoniya Səfirliyinə məktub göndərib.

Səfirlik İtaliyanın Xarici İşlər Nazirliyinə bildirişindən sonra onlar barədə istintaq başlanıb.

Aylarca davam edən istintaqın sonunda, saxta şahzadə C.S.-nin Turindəki evində çox sayda saxta diplomatik sənədlər, ordenlər, damğalar və sertifikatlar ələ keçirilib.

C.S. və S.S. saxta kimliklərini inandırıcı etmək üçün sosial media hesabları və xüsusi sayt açıblar, həmçinin diplomatik nömrəsi və Makedoniya bayrağı olan bir lüks avtomobildən də istifadə ediblər.

Onların Monaco Şahzadəsindən Vatikanın Baş naziri mövqeyindəki Dövlət Katibi Kardinal Pietro Parolin-ə qədər biznes və əyləncə dünyasında bir çox insanı aldatdığı deyilir.

Saxta şahzadə aktrisa Pamela Anderson-u "hersoginya" elan etdiyi də bəlli olub.

Saxta şahzadə və səfir tərəfindən aldadıldıqdan sonra İtaliyanın Monopol şəhər Bələdiyyə Sədri Emilio Roman bildirib:

"Keçən il 27 iyulda Bələdiyyədə qəbul etdiyim adamın Şahzadə Stefan Cernetic-in deyil, mənimlə birlikdə çox sayda rəhbəri aldadan bir sadə vətəndaş olduğunu mətbuatındakı xəbərlərdən öyrəndim. Məni təsəlli edən tək şey, yalnız olmamağımdır".

Əlaqəli mövzular

Bu barədə daha geniş