Sorğu: Smartfondakı proqramlar insanı pul xərcləməyə məcbur edir

Смартфон с множеством приложений Fotonun müəllifi Getty Images
Image caption Proqramlar alış-verişi daha da asanlaşdırır

Smartfonlardakı proqramlar insanları daha çox pul xərcləməyə məcbur edir və şəxsi büdcəyə ziyan vurur, keçirilən rəy sorğuları göstərib.

Bu, mobil proqramların məhsul ödənişləri və xidmətlər prosesini daha da asanlaşdırması ilə əlaqəlidir, sorğuda iştirak edən üç britaniyalıdan biri belə düşünür.

Sorğu, maliyyə təşkilatları əmanətçilərinə təzminatın ödənilməsi proqramı çərçivəsində keçirilib.

Sorğuda iştirak edən britaniyalılar etiraf ediblər ki, proqramda tətbiq olunan rahat sistem alış-veriş prosesini asanlaşdırır və nəticədə insanlar pul xərcləməkdən çəkinmirlər, xərclərinə nəzarət etməyi unudurlar.

Respondentlərin bəzisi izah ediblər ki, bu proqramların sayəsində çarpayıdan belə qalxmadan alış-verişə pul xərcləmək onlar üçün daha asandır.

Sorğu, həmçinin qadınların kişilərdən daha çox bu proqramlar vasitəsiylə pul xərclədiyini göstərib.

Orta hesablama ilə bir qadın bir ay ərzində bu proqramların köməyilə 131 funt (282 AZN), kişi isə 115 funt (248 AZN) xərcləyir.

Kişilər adətən pulları qumar oyunlarına, səyahətə, əyləncəyə və musiqiyə xərcləyirlər.

Qadınlar isə proqramlardan alış-veriş və yemək sifarişi üçün istifadə etməyə üstünlük verirlər.

Sorğunu keçirən ekspertlərin sözlərinə görə, smartfonların köməyilə sadəcə telefonun ekranına toxunmaqla alış-veriş etmək olar.

Nəticədə isə insanın alış-veriş etməyi düşünməsi üçün mağazadakından daha az vaxtı qalır.

Nationwide bankı tərəfindən keçirilən daha bir sorğu isə onu göstərib ki, insanlar üçün biometrik məlumatlardan istifadə edərək ödənişi həyata keçirmək daha rahatdlr.

Şirkətin tədqiqatında futuroloq Jan Pirson-un fikirləri yer alıb.

O, ödənişlərin tezliklə jestlərin və səslərin tanınması texnologiyasının inkişafı nəticəsində daha da rahat olacağına inanır.

"Kiməsə göstərərək "Buyurun, sizin 28 manat 98 qəpiyiniz" demək üçün sizin smartfondakı jest və səslərin tanınması sistemini elektron identifikasiya kimi birləşdirmək kifayətdir", -deyə Pirson izah edib.

Bu barədə daha geniş