Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd ibn Salman

Şahzadə Məhəmməd sosial və iqtisadi dəyişikliklərlə bağlı geniş miqyaslı plan hazırlayəb Fotonun müəllifi Reuters
Image caption Şahzadə Məhəmməd sosial və iqtisadi dəyişikliklərlə bağlı geniş miqyaslı plan hazırlayəb

Atası 2015-ci ildə kral elan edilən Şahzadə Məhəmməd ibn Salmanın adını Səudiyyə Ərəbistanından başqa çox az yerdə eşidən olardı.

Lakin, həmin ildən bəri 31 yaşlı şahzadə dünyanın aparıcı neft ixracatçı ölkəsinin ən nüfuzlu simasına çevrilib.

O, artıq əmisi oğlu Məhəmməd ibn Naifi əvəzləyərək vəliəhd şahzadə zirvəsinə yüksəlib. Bu gözlənilən addım görünür ki, ölkənin istiqamətini dəyişmək iqtidarındadır.

Məhəmməd ibn Salman 1985-ci il avqustun 31-i doğulub. Onu atası Salman ibn Abdul, Əziz əl Saudun üçüncü arvadı Fəhdah bint Fələh ibn Sultandan doğulan ilk şahzadə idi.

Paytaxt Riyadda yerləşən Kral Saud Universitetində bakalavr dərəcəsi aldıqdan sonra o, bir neçə dövlət orqanında işləyib. 2009-cu ildə Məhəmməd Riyadın qubernatoru olarkən atasının xüsusi müşaviri təyin olunur.

Məhəmməd ibn Salmanın hakimiyyətə gedən yolu 2013-cü ildə Vəliəhd Şahzadə Məhkəməsinə nazir dərəcəsi ilə rəhbər təyin olunması ilə başlayır.

Bundan əvvəlki il Salman, Məhəmməd ibn Nayifin atası Nayif ibn Abdul Əzizin ölümü ilə varis şahzadə elan olunmuşdu.

Fotonun müəllifi AFP
Image caption Kral Salman 2015-ci ildə vərəsəliklə bağlı ciddi dəyişiklik edib

2015-ci ilin yanvarında Kral Abdulla ibn Abdul Əziz ölür və 79 yaşlı Salman taxta çıxır.

O, dərhal təəccüb doğuran iki qərar qəbul edir: oğlunu Müdafiə naziri və Məhəmməd ibn Nayifi varis şahzadənin müavini təyin edir. Məhəmməd ibn Nayif krallığın banisi İbn Saudun ilk oğul nəvəsidir.

Məhəmməd ibn Salman Müdafiə naziri kimi ilk olaraq digər ərəb dövlətləri ilə birgə 2015-ci ilin martında Yəmənə qarşı hərbi kampaniyaya başlayır.

Kampaniya ötən iki il ərzində cüzi inkişaf keçə bilib. Buna səbəb isə Səudiyyə Ərəbistanı və müttəfiqlərinin insan haqları pozuntuları ilə bağlı tənqid olunması və ərəb dünyasının ən kasıb ölkəsində humanitar böhranın başlamasına təkan verməsidir.

Fotonun müəllifi AFP
Image caption Şahzadə Məhəmməd Vision 2030 planını təqdim edir

2015-ci ilin aprelində kral Salman varislik ilə bağlı daha bir qeyri-adi addım ataraq Məhəmməd ibn Nayifi vəliəhd şahzadə və oğlunu vəliəhd şahzadənin müavini, baş nazirin ikinci müavini və İqtisadi və İnkişaf İşləri Şurasının prezidenti təyin edir.

Həmin zamandan bəri şahzadə Məhəmməd ibn Salman neftlə zəngin krallığın böyük sosial və iqtisadi dəyişikliklər ilə bağlı geniş miqyaslı planı olan Vision 2030-u təqdim edib.

O həmçinin, ölkənin subsidiyalarını azaltmaq və dövlət neft şirkəti Səudi Aramco-n özəlləşdirilməsini təklif edib.

Eləcə də Məhəmməd ibn Salman, Pekin, Moskva və Washington səfərləri zamanı kral Salmanı xaricdə təmsil edib.

Qeyd edək ki, mart ayında Washingtona səfəri əsnasında o, prezident Donald Trump ilə görüşüb.

Əlaqəli mövzular

Bu barədə daha geniş