Tennis ulduzu hamilə Serena Williams jurnal üçün çılpaq fotolar çəkdirib

Серена Уильямс Fotonun müəllifi Annie Leibovitz/Vanity Fair

Tennis ulduzu, hamilə Serena Williams Vanity Fair jurnalının avqust nömrəsinin üz qabığı üçün çılpaq fotolar çəkdirib.

2016-ci ilin sonunda Reddit xəbər saytının həmtəsisçisi Aleksis Ohanyan ilə nişanlanan tennis ulduzu yanvar ayında hamilə olduğunu bilib.

O deyir ki, məşq zamanı narahatlıq hiss etməyənədək hamilə olduğunu bilməyib.

Rəfiqəsi Jessika ona dərhal hamiləlik testini etməyi təklif edib.

Fotonun müəllifi Annie Leibovitz/Vanity Fair
Image caption Serena Williams fotolarını sosial şəbəkələrdə paylaşıb

Serena Williams əlavə edir ki, nəticəni biləndə "az qala ürəyi gedib".

"Tanrım, bu ola bilməz - mən turnirdə iştirak etməliyəm, - deyə tennisçi həyəcanlanıb, - Australian Open-də necə iştirak edəcəyəm? Mən bu il Wimbledon-da qalib gəlmək istəyirdim."

Belə halda Jessika yenidən aptekə gedərək beş test alıb, bütün nəticələr müsbət çıxıb.

Hamilə olmasına baxmayaraq, Serena Avstraliyaya gedib və təkbətək yarışda qalib gələrək Böyük Dəbilqə turnirində 23-cü qələbəsini qazanıb.

Fotonun müəllifi Getty Images

Vanity Fair jurnalında yazılıb ki, Aleksis və Serena 2015-ci ildən görüşürlər.

İş adamı ona evlilik təklifini tanış olduqları yerdə, İtaliyanın Cavalieri otelində təklif edib.

Uşağın doğulması payıza təsadüf edəcək və tennis ulduzu yanvar ayından idmana qayıtmağı planlaşdırır.

Əlaqəli mövzular

Bu barədə daha geniş