"Müqəddəs Torpaq"-da qəlyanaltı və selfie-lər

Fotonun müəllifi Erica Canepa

Buenos-Aires şəhərinin mərkəzində, Terra Santa (Müqəddəs Torpaq) adlı parkın dünyanın ilk dini mövzuda salınmış park olduğu iddia edilir.

Terra Santa, İsa Peyğəmbərin zamanında Qüdsün küçələri necə idisə, o cür görünməyə cəhd edir.

Ziyarətçilər aktyorların İsa Peyğəmbərin həyatından səhnələrin göstərildiyi, plastik palma ağacları və heykəllərlə dolu dar küçələrlə gəzirlər.

A woman sweeps the floor Fotonun müəllifi Erica Canepa
A statue showing Roman soldiers putting the crown of thorns on Jesus Fotonun müəllifi Erica Canepa
An audience sit in an amphitheatre Fotonun müəllifi Erica Canepa

Parkın girişində gənc cütlüklər, turistlər və ailələrdən ibarət uzun növbə var.

Onlardan çoxu Argentinanın müxtəlif yerlərindən gəlib, amma xariciləri də sezmək mümkündür.

Dini ehtiram və yüngül əyləncəsi ilə unikal olan bu park bəzi qonaqlar üçün demək olar ki, müqəddəs ziyarətgaha çevrilib.

A man takes a selfie outside a Roman style building Fotonun müəllifi Erica Canepa
Tourists browse for cards Fotonun müəllifi Erica Canepa
Jesus rises from a mountain Fotonun müəllifi Erica Canepa

Əyləncə parkının əsas obyekti Qolqofa dağ zirvəsinin gips replikasından bir saatdan bir qalxan, İsa Məsihin 18 metr hündürlükdə olan heykəlidir.

Bu mərasim ucadan oxunan Hendel Məsih xorunun ifası ilə müşayiət edilir.

Nəhəng İsa heykəli yüksəlişini başa çatdırdıqdan sonra, dağın dibində fırlanır, gözlərini yumur və ovuclarını çevirir - bütün bunlar ziyarətçilərdə böyük emosiya yaradır.

Tourists watch Jesus rise Fotonun müəllifi Erica Canepa
A basket of holy water fonts Fotonun müəllifi Erica Canepa
A member of staff selling snacks Fotonun müəllifi Erica Canepa

Parkın bütün əməkdaşları İsanın erasından ruhlanan kostyumlar geyinir.

Qonaqlar qədim romalılar kimi geyinmiş təhlükəsizlik qvardiyası ilə şəkil çəkdirə və ya Yaxın Şərq motivləri ilə bəzənmiş kafedən vafli ala bilirlər.

Burada müasir həyatı yalnız səma xatırladır: park Jorge Newbery hava limanının yaxınlığında yerləşir və bir neçə dəqiqədən bir təyyarələr plastik palmaların üzərilə uçur.

A woman looks at a Roman guard Fotonun müəllifi Erica Canepa
A statue of Jesus turning bread into wine Fotonun müəllifi Erica Canepa
An overview of the theme park Fotonun müəllifi Erica Canepa

Fotoları Erica Canepa çəkib.

Əlaqəli mövzular

Bu barədə daha geniş