Türkiyədə rekord istilər: şəkillərdə

Fotonun müəllifi Getty Images

Türkiyənin xüsusilə də, şimal və qərb bölgələrində istilər rekord dərəcəyə yüksəlib. Növbəti günlərdə istilərin mövsümə uyğun normal dərəcəyə düşəcəyi proqnozlaşdırılır.

Fotonun müəllifi Getty Images

Bu bölgələrdə istlər ötən həftənin cümə günündən başlayıb.

Fotonun müəllifi Getty Images

İstanbul Florya'dakı Menekşe plyjında sərinləmək istəyənlər dənizə girir.

Fotonun müəllifi Getty Images

Suriyalı qadınlar dənizə çarşabla girib.

Fotonun müəllifi Getty Images

Bu ilin iyun ayı Türkiyədə və Avropada çox isti keçib.

Fotonun müəllifi Getty Images

Bəzi bölgələrdə hava daha qızmar olub.

Fotonun müəllifi Getty Images

Gənclər Qalata Körpüsündən dənizə atılır.

Fotonun müəllifi DHA

Antalyada, rəsmi məlumata görə, 1929-cu ildə havanın hərarətinin qeydə alınması başlayandan bəri ən yüksək hərarət - 45,4 dərəcə müşahidə olunub.

Fotonun müəllifi DHA

2000-ci il iyul ayının 12-də havanın hərarəti 45 dərəcəyə çatmışdı. Son qızmar istilər isə 88 ilin rekordlarını qırmış oldu.

Fotonun müəllifi DHA

Umumiyyətlə, Türkiyə boyunca ən isti hava şənbə günü Muğlanın Köyceğiz hissəsində qeydə alınıb - hərarət 46 dərəcəyə çatıb.

Bordumda son üç gündə gedərək təsiri artan istilərə görə, dəniz suyunun hərarəti 24 dərəcəyə çatıb.

Fotonun müəllifi DHA
Fotonun müəllifi DHA

Adanada qızmar istilərdən əziyyət çəkənlərin köməyinə Seyhan çayı gəlib.

Fotonun müəllifi DHA

Yanğından sonra sərinlənən yanğınsöndürənlər.

Fotonun müəllifi DHA
Fotonun müəllifi DHA

Tunceli'dəki Munzur Çayı kənarında sərinlənənlər.

Fotonun müəllifi DHA
Fotonun müəllifi DHA

İstanbulda cümə günü Bakırköy ən isti yer olub.

Ankara hakimiyyəti istilərə görə, əngəlli və hamilə şəxslərə bazar ertəsi günü işləməmək izni verib.