Böyük Britaniyadakı Göl diyarı UNESCO Dünya İrsi Siyahısına daxil edilib

вид на холмы Fotonun müəllifi Getty Images

Böyük Britaniyanın şimal-qərbində yerləşən Göl diyarı UNESCO Dünya İrsi Siyahısına daxil edilib.

İndi ingilis romantik-şairlərin vəsf etdiyi bu mənzərəli rayon ABŞ-ın Böyük Kanyon, Hindistanın Tac-Mahal və Perudakı qədim Machu-Piccu şəhəri kimi status əldə edib.

Bu barədə qərar UNESCO komitəsinin Krakovda keçirilən iclasında qəbul edilib. İclasda 33 obyektin siyahısı müzakirə edilib.

Komitə rəssamları və yazıçıları ilhamlandıran bu diyarın gözəlliyinə yüksək qiymət verib. 2292 kv kilometr sahəsi olan Göl diyarı Böyük Britaniyanın UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan 31-ci obyektidir.

Bu rayon 1986-cı ildən bu yana UNESCO-dan xüsusi status almağa çalışırdı.

Komitəyə müraciət edən Göl diyarı Milli Park Əməkdaşlığının sədri Lord Clark Windermere qurumun bu qərarını "tarixi qərar" adlandırıb.

"Bir çox insanlar bu statusu əldə etmək üçün öz güclərini birləşdirdilər və mən ümid edirəm ki, bu qərar bizim diyarın təbiətinə, onu ziyarət edənlərə və onu öz evi hesab edən insanlara müsbət təsir göstərəcək."

Fotonun müəllifi Getty Images
Image caption Уиндермир - крупнейшее природное озеро в Англии

Hər il Göl diyarını 18 milyon insan ziyarət edir və bunun sayəsində 18 min yerli insan işlə təmin olunur və büdcəyə 1,5 milyard dollar gəlir gəlir.

Diyarda Böyük Britaniyanın ən iri təbii gölü - Windermere və ən böyük dağı Scafell Pike yerləşib.

Image caption Озерный край известен как место вдохновения художников и писателей

"Dərin mədəniyyətə sahib olan bu gözəl diyar təkcə əkinçiliklə məşğul olmaq üçün deyil, həm də təbiətin qorunması üçün səmərəlidir"-deyə Göl diyarının himayədarı və yazıçı Harriet Fraser bildirib.

Böyük Britaniyanın UNESCO Dünya İrsi Siyahısına daxil olan mənzərəli yerləri arasında Stonehenge daş meqalit kompleksi, DurhamBath şəhərlərindəki qala və kilsələr də var.

Əlaqəli mövzular

Bu barədə daha geniş