Britaniya kral ailəsi necə Windsorlara çevrilib?

Britaniyanın kral ailəsinin Windsor adı bir o qədər də qədim deyil Fotonun müəllifi iStock
Image caption Britaniyanın kral ailəsinin Windsor adı bir o qədər də qədim deyil

İyulun 17-i Britaniya monarxiyasının adını dəyişməsinin 100 illiyi qeyd olunur. Saxe-Coburg-Gotha-dan kral ailəsi üzvləri Windsorlara çevrildilər.

Bir dövrün sonu

VII Edward-n dəfn korteji London küçələrində Fotonun müəllifi Hulton Archive
Image caption VII Edward-n dəfn korteji London küçələrində

XX əsrin əvvəllərində Avropanı bir qeyri-sabitlik bürümüşdü. Monarxiyalar davam gətirə bilsələr də, dəyişiklik qaçılmaz idi.

Bitən dövrün son carçısı isə kraliça Victoria-n oğlu kral VII Edward-n 1910-cu ilin 20-i mayında baş tutan dəfn mərasimi oldu.

Dəfn kortejində hakimiyyətdə olan bütün sülalələrin nümayəndələri iştirak edirdi.

Qaydalara əsasən ilk olaraq imperator və krallar, onların ardınca hersoq, arşehersoq, parlament üzvləri və şahzadələr gəlirdilər.

Birləşmiş Ştatlar və Fransa kimi varlı və nüfuzlu demokratiya nümayəndələri isə kortejin son cərgələrində yer alırdılar.

Девять королей, собравшихся на похороны Эдуарда VII Fotonun müəllifi Getty Images
Image caption VII Edward-n dəfnində iştirak edən doqquz kral. Soldan sağa ikinci cərgədə: Norveç kralı VII Haakon, Bolqarıstan kralı I Ferdinand, Portuqaliya kralı II Manuel, Almaniya kayzeri II Wilhelm, Yunanıstan kralı I Georqi və Belçika kralı I Albert. Birinci sırada soldan sağa: İspaniya kralı XIII Alfonso, Britaniya kralı V George və Danimarka kralı VIII Frederik.

İlk sıralarda gedənlərin hələ ağlına gəlməzdi ki, gələn dəyişikliklərə ya boyun əyməli, ya da üfüqdən bir dəfəlik çəkilməli olacaqlar.

Britaniya kral ailəsi üçün bu adaptasiyanın ən mühüm hissəsi adını dəyişmək oldu.

Alman üstünlüyü

V George-n tacqoyma mərasimindən saray bəzəkləri Fotonun müəllifi Getty Images
Image caption V George-n tacqoyma mərasimindən saray bəzəkləri

Sözün düzü, ingilis vətənpərvərlərinin bu faktla necə razılaşdığı aydın olmasa da, (qeyd edək ki, britaniyalılar yox, ingilislər) Tudorlardan sonra ingilis və daha sonra Britaniya taxt-tacında təmiz ingilis oturmayıb.

Yəni, qohumluq əlaqəsinə əməl olunsa da (monarxlar bu əmələ son dərəcə ciddi riayət ediblər), 1714-cü ildə I George-dan başlayaraq St. James sarayına almanlar rəhbərlik ediblər.

Buna səbəb isə ingilislərin tamamilə katolik hakimiyyətindən imtina etməsi olub.

Harada doğulduğun yox, harada xaç suyuna çəkildiyin önəmlidir

Parlament tacı Wilhelm və Mary-ə təqdim edərkən. Təəssüf ki, nə onların, nə də davamçıları Anna-n övladı olmayıb Fotonun müəllifi Print Collector
Image caption Parlament tacı Wilhelm və Mary-ə təqdim edərkən. Nə onların, nə də davamçıları Anna-n övladı olmayıb

Stuart-lar Britaniya taxtına yaraya bilmədilər. I Charles-n başı kəsildi, bərpa dönəmində onun oğlu parlamentə böyük güzəştə getməli oldu və II James isə sürgünə məcbur edildi.

Ümumiyyətlə çox güman ki, James birinci arvadının təsiri ilə katolikliyi qəbul etməsə idi, heç kimi ona toxunan deyildi.

Artıq ingilislərin katoliklərə qarşı bir növ allergiyası yaranmışdı və parlament, devrilmiş kralın protestant və Wilhelm ilə evli qızı Mary-i hakimiyyətə gətirmək qərari verir.

Wilhelm (bəxti yaxşı gətirmişdi) də britaniyalı monarxlar ilə qohum idi. Onun anası Cromwell tərəfindən başı kəsilən I Charles-ın böyük qızı idi.

Təəssüf ki, Stuartların varis barədə bəxti gətirmədi. Nə Mary ilə Wilhelm-in, nə də onların davamçısı Anna-n övladı oldu.

1714-cü ildə Britaniya başsız qaldı. Yeganə münasib və kral ailəsi ilə uzaqdan əlaqəsi olan protestant, I James-in Elizabeth tərəfdən qız nəvəsi Hannoverli Sophia-ın oğlu I Geroge oldu.

O, Britaniya taxt-tacına oturan ilk alman oldu. Yeri gəlmişkən, o, heç bir vəchlə ingilis dilində danışmağı öyrənə bilməyib.

Hannover olmazsa, Saxe-Coburg-Gotha olsun

Hannoverlər sülaləsindən sonuncu monarx, kraliça Victoria olub. Onun davamçıları şahzadə Albert-n adını qəbul edərək Saxe-Coburg-Gotha çevriliblər Fotonun müəllifi Getty Images
Image caption Hannoverlər sülaləsindən sonuncu monarx, kraliça Victoria olub. Onun davamçıları şahzadə Albert-n adını qəbul edərək Saxe-Coburg-Gotha çevriliblər

I George əsl alman soyadı daşıyırdı: Brunswick-Luneburg-Hanover.

Bu qədim Hannoverlər nəslin sonuncu monarx siması isə kraliça Victoria olub və ailə qurduqdan sonra əri Albert-n familiyasını götürüb. Beləliklə ailə, Saxe-Coburg-Gotha çevrilib.

Əgər Birinci Dünya Müharibəsi olmasa idi, onlar bu soyadı daşımağa davam edəcəkdilər.

Məhsuldar kraliça və qohumların müharibəsi

II Nikolay və V Geroge. Üçüncü qohum - Almaniya kansleri Wilhelm - mübarizənin digər üzü idi Fotonun müəllifi Getty Images
Image caption II Nikolay və V Geroge. Üçüncü qohum - Almaniya kansleri Wilhelm - mübarizənin digər üzü idi

Avropada Birinci Dünya Müharibəsini qohumların müharibəsi adlandırırlar.

Həqiqətən də, əgər milyonlarla insanın həyatı bahasına başa gəlməsə idi, vəziyyət çox komik görünəcəkdi.

Victoria çox məhsuldar qadın idi. Onun çoxsaylı törəmələri yeddi Avropa taxtının sahibi olublar. Əgər şahzadə Albert-n qohumlarını da nəzərə alsaq, rəqəm 11-ə qalxar.

V George, kayzer Wilhelm və II Nikolay qohum olublar. Deyilənlərə görə, Wilhelm Rusiyanın müharibədə ona qarşı çıxdığını bildikdən sonra söyləyib: "Niki məni aldatdı!". Sonra isə əlavə edib: "Əgər nənəmiz (Victoria) sağ olsaydı, buna imkan verməzdi."

Yəqin ki, o haqlı deyildi. Çünki, 1914-cü ilə qədər əsl güc monarxlardan necə deyərlər hərbi-sənaye kompleksinə keçmişdi. Generallar və silah istehsalçılarının "sülh" sözü ilə heç bir əlaqəsi olmayan məqsədləri var idi.

Taleyüklü 1917

"Lusitania"-n batması Avropa və ABŞ-da anti-alman dalğasının vüsət almasına və Birləşmiş Ştatların Birinci Dünya Müharibəsinə qatılmasına səbəb oldu Fotonun müəllifi Getty Images
Image caption "Lusitania"-n batması Avropa və ABŞ-da anti-alman dalğasının vüsət almasına və Birləşmiş Ştatların Birinci Dünya Müharibəsinə qatılmasına səbəb oldu

Müharibənin üçüncü ilində qohumluq hissləri artıq unudulmuşdu.

Anti-alman əhvalı Britaniyada da öz təsirini göstərirdi.

Bunu körükləyən hadisə 1915-ci ildə alman sualtı qayığının Amerika sərnişin gəmisi "Lusitania"-ı batırması oldu. Nəticədə 1200 insan həyatını itirdi. Britaniya adalarında yaşayan etnik almanlar üçün vəziyyət son dərəcə kəskinləşdi.

"Lusitania" batdıqdan 2 həftə sonra, "Punch" jurnalında dərc olunan karikatura: "Kayzer - Gəlin badəmizi... Ölüm - İntiqam şərəfinə qaldıraq!" Fotonun müəllifi Print collector/Getty Images
Image caption "Lusitania" batdıqdan 2 həftə sonra, "Punch" jurnalında dərc olunan karikatura: "Kayzer - Gəlin badəmizi... Ölüm - İntiqam şərəfinə qaldıraq!"

London, Liverpool, Manchester və Newcastle boyunca anti-alman qırğınları baş tutmağa başlamışdı.

Londonun East-End istiqamətində çörəkçi işləyən almanların dükanlarının vitrinləri acıqlı izdiham tərəfindən dağıdılır və un dolu kisələr atılırdı.

Vəziyyət elə bir yerə gəlib çatmışdı ki, şəhərin bu hissəsində çörək qıtlığı yaranmışdı.

Dağıdılmış vitrinlər küçəsi

İzdiham Londonun East-End istiqamətində alman dükanlarına hücum edir Fotonun müəllifi Topical Press Agency
Image caption İzdiham Londonun East-End istiqamətində alman dükanlarına hücum edir

Bradford və Nottingham-da vətəndaşlıq almış almanlar məktublar yazaraq ölkəyə və krala sədaqət andı içir, Britaniya ordusuna qalib gəlməyi arzulayır və yuxuda belə Almaniyanın dağıldığını gördüklərini deyirdilər.

Bununla belə, təhlükə altında olan təkcə almanlar deyildi.

Həmin vaxt Times qəzeti yazırdı: Poplar (Londonun şərqində yerləşən bir rayon) küçələrində izdiham alman piştaxtalarını dağıdarkən ziyan görənlər həm də, soyadı bir elə də ingiliscə səslənməyənlər olublar."

İzdiham, sahibinin soyadı bir elə də ingiliscə səslənməyən istənilən dükana hücum edirdi. Şəkildəki dükanın üzərinə isə yazılıb: "Biz rusuq" Fotonun müəllifi Getty Images
Image caption İzdiham, sahibinin soyadı bir elə də ingiliscə səslənməyən istənilən dükana hücum edirdi. Şəkildəki dükanın üzərinə isə yazılıb: "Biz rusuq"

Önləyici hücum

V George-n qələbə üçün az iş gördüyü vurğulanırdı. Onu Almaniyaya meylli olmaqda ittiham edirdilər. Bu şəkildə kral, Yeni Zelandiya hərbçilərini nəzərdən keçirir Fotonun müəllifi IWM/Getty Images
Image caption V George-n qələbə üçün az iş gördüyü vurğulanırdı. Onu Almaniyaya meylli olmaqda ittiham edirdilər. Bu şəkildə kral, Yeni Zelandiya hərbçilərini nəzərdən keçirir

Heç şübhəsiz ki, V George Times qəzetinin həmin nömrəsini oxusa idi, özünə gəlməzdi.

Amma, küləyin səmti artıq bəlli idi.

Hələ 1914-cü ildə Avstriya doğumlu şahzadə Ludwig Buttenberg, öz alman şəcərəsi səbəbi ilə Admirallığın İlk Lordu vəzifəsindən istefa etmək məcburiyyətində qalmışdı.

Artıq 1917-ci ildə "alman" əslli olduğuna görə bütün kral ailəsi təzyiqlə üzləşirdi.

Majesty jurnalının baş redaktoru Jo Little yazırdı: "Biz elə bir vəziyyətdəyik ki, əgər taksa (ingiliscə dachshund, danışıq dilində isə it - alman sosiskası) sahibi olsanız belə, alman hesab olunursunuz. Kralın gizli şəkildə Almaniyanı dəstəkləməsi ilə bağlı söz-söhbət artmaqdadır. Siyasətçilər onun üçün başqa çıxış yolu qoymadılar!"

Yüngül bir hərəkətlə Saxe-Coburg-Gotha dövrü sona yetir...

"Punch"-da dərc olunan karikatura ilə kral və bütün kral ailəsinə alman adları və titullarından imtina etdiyinə görə təşəkkür edilir. Kralın süpürdüyü zibilin üzərində qeyd olunub: "Almaniyada istehsal olunub" Fotonun müəllifi Universal Hystory Archive/ Getty Images
Image caption "Punch"-da dərc olunan karikatura ilə kral və bütün kral ailəsinə alman adları və titullarından imtina etdiyinə görə təşəkkür edilir. Kralın süpürdüyü zibilin üzərində qeyd olunub: "Almaniyada istehsal olunub"

Belə alındı ki, 1917-ci il iyulun 16-dan 17-ə keçən gecə kral ailəsi Saxe-Coburg-Gotha kimi yatıb, Windsorlar kimi ayıldılar. Kral ailəsi üzvləri bütün alman titullarını itirib Britaniya lordlarına çevrildilər.

"Windsor" sülalə üçün seçilmiş mükəmməl ad idi.

Bu dahi fikir kralın şəxsi katibi lord Stamford-n ağlına gəlmişdi.

Bəs kraliçanın milliyyəti nədir?

Ailə qurduqdan sonra II Elizabeth sülalənin soyadını dəyişdirmədi. Kral ailəsi Windsorlar olaraq qaldı. Şəkildə - hələ şahzadə olan Elizabeth və şahzadə Phillip bal ayında Fotonun müəllifi Topical Press Agency
Image caption Ailə qurduqdan sonra II Elizabeth sülalənin soyadını dəyişdirmədi. Kral ailəsi Windsorlar olaraq qaldı. Şəkildə - hələ şahzadə olan Elizabeth və şahzadə Phillip bal ayında

1947-ci ildə hələ Wales şahzadəsi Elizabeth şahzadə Phillip ilə ailə qurdu. Phillip-n soyadı Mountbatten idi və Schleswug-Holstein-Sondrburg-Glückburg kral ailəsinə mənsub idi.

O zaman İkinci Dünya Müharibəsi yenicə bitmişdi və ailə qurduqdan sonra Phillip, bütün alman titullarından imtina etdi.

Winston Churchill-n məsləhəti ilə Elizabeth Mountbatten soyadını kral ailəsinə gətirmir və Windsor kimi qalır.

Görəsən Elizabeth-n "britaniyalı" olması barədə şübhələr hələ də mövcuddurmu?

Telegraph qəzetinin guşə yazarı Dominic Selwood bu suala belə cavab verir: "Kralıçasının ailəsi Britaniyada yüz illərdir ki yaşayıb. Onun ana dili ingilis dilidir və o, fransızca sərbəst danışır. Lakin, almanca bilmir. Kraliça, Londonun Mayfair rayonunda Bruton küçəsində doğulub. O, Piccadilly-də 145 nömrəli evdə, Richmond-da (Londonun qərbində yerləşən rayon) və Windsor qalasında böyüyüb. Kraliça, İkinci Dünya Müharibəsi zamanı yük maşını idarə edib. O, çox ciddi qadın və diplomatdır və tez-tez gülür. Kraliça, dəbilqəsiz at çapır və göyərçin yarışlarını sevir. Amma, hər şeydən öncə: bütün dünya bilir ki, o, necə it və atların vurğunudur. Bundan artıq "britaniyalı" olmaq mümkün deyil!"

İtlərə qarşı sevgidə ingilisləri kim keçə bilər ki?! Fotonun müəllifi Getty Images
Image caption İtlərə qarşı sevgidə ingilisləri kim keçə bilər ki?!

Lakin, Milad hədiyyələrini kral ailəsi hələ də Miladdan bir gün öncə açır. Bu isə təmiz alman ənənəsidir!

.

Əlaqəli mövzular

Bu barədə daha geniş