Sudanlı qadınlar kökələrək "gözəlləşməyə çalışır"?

Women sitting down on the ground Fotonun müəllifi AFP

Afrikalı jurnalistlərdən məktublar seriyamızda Yusra Əlbağır, Sudanlı qadınların qara bazardan dərmanlar alaraq kökəlməyə can atdıqlarını araşdırıb.

Dəri ağartmaq Sudanın çoxdankı kosmetik şəhvəti olsa da, əhali yeni bir iştaha qapılıb.

Bir çox gənc qadınlar, gözəllik standartı kimi qəbul olunan köklük üçün dərmanlara üz tutur.

Təcrübəli əczaxanalara müraciət etmək əvəzinə onlar, aktual ağartma kremləri və digər gözəllik məmulatları satan dükanlara üstünlük verirlər.

Xırda torbalar və ya boşaldılmış şəkər qablarında satılan bu dərmanlar, tibbi risk daşıyırlar.

Fotonun müəllifi Yousra Elbagir/BBC
Image caption Sudanda kökəlmə kimi əks-təsir yaradan dərmanları qeyri-qanuni satıcılardan almaq mümkündür

Açıq sirr

Sudanda nə qədər qadının bu yolla kökəlməyə can atdığını müəyyənləşdirmək çətindir. Çünki, əksəriyyət bunu etiraf etməyə könülsüz yanaşır.

"Dərmanlar kənddə şəkər kimi yayılır," Xartum Universiteti tələbəsi İmitithal Əhməd deyir.

"Onları qəbul etməkdən həmişə qorxmuşam. Buna səbəb isə ailə üzvlərimin xəstəlikləri və yaxın dostlarımın iştaha artıran dərmanlardan asılı hala gəlməsi olub.

"Xalam böyük ombalara sahib olmaqdan ötrü atdığı dərmanlar ucbatından böyrək çatışmazlığı ilə üz-üzədir və damar tutulmasından əziyyət çəkir.

"Ailədə hər kəs onun niyə xəstə olduğunu bilir, amma, özü qəbul etmir. Həkimin məsləhəti ilə dərmanları dayandırmalı olub."


Yusra Əlbağır:

Fotonun müəllifi Douglas Fry

"Kökəlmə dərmanları böyük trendin bir hissəsidir"


'Anam Şübhələnir'

Dərmanların adları dəyişdirilir və cəlbedici adlar verilir ki, təsirləri gizlədilə bilinsin.

Toyuq Budlarına Təəccüblənən Qonşular və Anam Şübhələnir kimi tibbi adlar unudulub və böyük omba, iri budlar və ananızı hamilə olduğunuzu düşünməyə vadar edən vədedici sözlərlə əvəzlənib.

Standart iştaha artırandan tutmuş allergiya dərmanlarına qədər dəyişən həblərin tərkibində stereoid hormonu kortizon mövcuddur.

Fotonun müəllifi AFP
Image caption Mükəmməl Sudan qadını dolu və açıq dərili olmalıdır

Kortizon qəbulunun əks təsiri həb satıcılarına yaxşı təsir göstərir. Dərmanlar, metabolizmi yavaşladır, iştahanı artırır, bədənin su tutumunu çoxaldır və qarın və üz nahiyəsində piy toplanmasını təmin edir.

Stereoidlərdən belə nəzarətsiz istifadə ürək, ciyər, böyrəklər və qalxanvari vəzi zədələyə bilər, Sudan Əczaçılar Birliyinin rəhbəri Dr. Salam İbrahim deyir.

O izah edir ki, kortizon bədəndə təbii yola yaranan hormondur və bədənin bütün mühüm funksiyalarını tənzimləməyə kömək edir. Fəqət, onun insan tərəfindən hazırlanan konsentratlaşdırılmış növləri bədənə həblər və ya ağardıcı kremlər şəklində qəbul olduqda, beyin bədənə onu təbii istehsalını dayandırmaq əmri verir.

Əgər istifadəçi anidən dərmanın qəbulunu dayandırarsa, əsas orqanlar disfunksiyaya uğraya bilər.

Ölümcül nəticələr

Tibbi mütəxəssislər deyirlər ki, sudanlı gənc qadınlar dərmanın ani dayandırılmasına görə böyrək və ürək çatışmazlığı səbəbindən ölürlər.

Ölümcül hallar daha çox yeni ailə quran qızlar arasında yaşanır. Onlar, toydan öncə aylarla özlərini gözəlləşdirməklə məşğul olur və toydan sonra, birdən-birə kökəlmə həbləri və ağardıcı kremləri dayandırırlar.

Bununla belə, dəhşətli gözəllik dəbləri yaranmaqda davam edir.

Həblərin istifadəsi Sudanın mühafizəkar cəmiyyətində geniş yayılır. Bunun bir səbəbi sosial damğa və kəskin tənqidin olmamasıdır.

Universitet tələbələri 20 Sudan funtu (2 manat) dəyərində Tramadol kimi ağrıkəsicilər alırlar.

Xartumun bəzi yol kənarı çay satıcıları gizli işarə ilə çaya ağrıkəsici də qata bilirlər.

Fotonun müəllifi YouTube
Image caption Bir çox sudanlı qadın Nada Algalaa-ı ideal gözəl kimi görürlər

Maarifləndirmə kampaniyaları hələ ki, güclü təsir yarada bilməyib.

Dr. İbrahim milli televiziyada bir neçə dəfə çıxış edərək dərman qəbulunun yaratdığı təhlükələrdən söz açıb.

Universitet səviyyəsində əczaçılara sayıq olmaq və etika və əczaçılıq qanuna əməl etmələri üçün təlimlər keçirilir.

Lakin, əczaçılar və həkimlərin az pul qazandıqları bir ölkədə bəziləri üçün qeyri-qanuni dərman satışından gələn gəlir başgicəlləndirici ola bilir.

"Sonuncu dəfə gözəllik dükanına krem almaq üçün gedəndə, dükanın sahibi mənə kökəlmə həbləri dolu şokolad qutusu göstərdi," Xanım Əhməd deyir.

"Qızlar əczaçı və həkimlərdən bu dərmanlarla bağlı nə isə soruşmağa çəkinirlər. Onlar, insan arasında başıaşağı olmaqdan qorxurlar."

Polis bu tacirləri həbs edib dərman əldə etmək yollarının qarşısını kəsməyə çalışsa da, yaramaz əczaçıların gəliri günü-gündən artır. Kökəlmə həbləri qara bazara axışmaqda dava edir.

Sudan, köklüyün var və gücü təmsil etdiyi və bunun gənc qızların "ərə getməsi" imkanını artıran bir vasitə sayıldığı yeganə Afrika cəmiyyəti deyil.

Amma, ölkədə köklük ideallıq rəmzidir.

Bu, mükəmməl Sudan qadınının - dolu və açıq dərili - gözəlliyini və həyat yoldaşı kimi cəlbediciliyini əks etdirir.

Sudanlı müğənni Nada Algalaa-n görünüşü isə ölkədə ideal hesab olunur.

Bəzi qadınlar isə ideala qovuşmaq üçün əllərindən gələni əsirgəmirlər.

Əlaqəli mövzular