Günəşlənməyin yaxşı və pis tərəfləri

Güneşlenmek Fotonun müəllifi Getty Images

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız bişirilmiş xərçəng kimi görünə bilərsiniz ya da səhhətinizə həqiqətən ziyan vura bilərsiniz.

Yaxşı tərəfləri:

Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir.

Ekzema və civzə problemləri olanlar günəşdən faydalanırlar. Günəşli bir gün kimi heç bir şey əhvalımızı yaxşılaşdıra bilməz.

Elm adamları bunun beyindəki pineal hüceyrələr və melatonin hormonlarının səviyyəsi ilə bağlı olduğunu açıqlayıblar.

Gözəl görünürük, solğun da görünmək maraqlıdır. Amma qaralmış bir bədən daha cəzbedici olur.

Pis tərəfləri:

Qırışıqlıqlar. Günəş bizi hər şeydən tez qocaldır. Dərimiz kollagen və elastik deyilən proteinləridən ibarət olduğu üçün bunlar günəş şüalarından ziyan görür.

Günəş altında sadəcə 2-3 dəqiqə qalsanız belə bu mənfi təsir özünü göstrəməyə başlar. Bir dəfə ziyan görən dərimiz yumşaqlığını itirir, zəifləyir, kobudlaşır və qırışır.

Bir kere zarar gördükten sonra cildimiz yumuşaklığını yitirir, incelir, gevşekleşir ve kırışır.

Dəri xərçəngi. Dərimiz günəş şüalarını nə qədər çox qəbul edərsə, biz özümüzü o qədər çox riskə atmış olarıq.

Dərimiz açıq rəngdədirsə, yanmışıqsa, ya da günəşin altında çox qaldıqsa o zaman bu risk daha da artır.

Çirkin tərəfləri:

Günəş yanığı. Və şiddətli acı. Bu vəziyyət dərinin üst qatları ultrabənövşəyi şüalanmadan (UV) zərər gördüyündə baş verir, damarların şişməsi və maye ifraz etməsinə yol açan kimyəvi maddələrin sərbəst buraxılmasına səbəb olur.

Bu da xüsusilə gənclər üçün ziyandır. Əgər çox gecsə, bir nüvə reaktoru kimi yanırsınızsa losyondan və günəş yanığı kremindən istifadə edin.

Çoxlu su için, agrıkəsiçi qəbul edin və kölgədə oturun. Dərsinizi alın və gələn səfər özünüzü qoruyacağınızdan əmin olun.

Fotonun müəllifi Getty Images

Qaralma nədir?

Günəş şüaları kütləvi qırğın silahıdır. Dərimiz özünü qorumaq üçün zərər verən şüaları süzgəcdən keçirmək cəhdilə özünü qaraldır. Qaralmaq ən yaxşı müdafiə strategiyamızdır.

Bəs solarium necədir?

Bu qaydalar solarium üçün də keçərlidir: yaşlanma, xərçəng, günəş yanığı. Əslində bir çox solarium cihazı günorta saatlarında Aralıq dənizindəki günəşdən daha artıq UV şüalarını özündə əks etdirir.

Tez-tez solariuma getmək dəri xərçəngi riskini artırır.

Nə etmək lazımdır?

11:00 və 15:00 saatlarında kölgədə qalın. Bir şlayapa ilə özünüzü qoruyun. Günəşdən ən çox ziyan çəkən yerlər üz və boyundur.

Günəşdən qoruma kremi çəkin. Üzünüz nə qədər ağsa, günəşdən qoruma amili (SPF) o qədər yüksək olmalıdır.

10 amildən az olmamalıdır. Çilləriniz, ya da qızılı saçlarınız varsa 20 amili düşünün.

UVA və UVB-yə (günəş şüalarının iki ziyanlı növü ) qarşı qoruyan günəş kremi seçin. Mütəmadi olaraq istifadə edin, xüsusulə üzdükdən sonra.

Həddən artıq istilənməmək üçün çoxlu su için. Xallarınızı müşahidə edin. Əgər qaşınma, qanama, yayılma kimi hansısa dəyişiklik olsa həkimə müraciət edin.

Saxtasından itifadə edin. Saxta qaralmaq vasitələriylə zebra kimi görünmək halları artıq keçmişdə qaldı. İl boyu qaralmış görünmək üçün həddən artıq çoxlu seçiminiz var.

Əlaqəli mövzular

Bu barədə daha geniş