21-ci əsrdə ibtidai cəmiyyət?

Image caption Təzə ov

Hadza dünyanın ən sonuncu ovçu-yığıcı tayfalarından biridir. Alimlər düşünürlər ki, Tanzaniyanın şimalında yaşayan bu xalqın yaşı 40 min ildən az deyil. Onlar giləmeyvə, köklər və müxtəlif növ məməlilər ilə qidalanırlar.

BBC müxbiri Dan Saladino bu insanların yaşayış tərzini görmək və yemək rasionundan nə isə öyrənə bilmək üçün oraya baş çəkib.

Xəbərdarlıq: ovlanan heyvanların şəkilləri xoş təsir bağışlamaya bilər

Qarnı üstə uzandım və başımı dəliyə soxub iyləməyə başladım. Heyvan iyi gəlirdi.

İnana bilmirdim ki, kimsə o dəliyə girib, heyvan axtaracaq.

Zigvadzi isə bunu etməyə hazırlaşırdı. O, oxlu kirpi ovçusudur.

Əvvəlcə o, yayını, oxlarını və baltasını yoldaşına verdi, sonra soyundu və ucu iti kiçik bir çubuğu əlinə aldı və dəliyə girdi.

Зигвадзи пролезает в нору дикобраза
Image caption Zigvadzi dəliyə girir

Mənə elə gəlirdi ki, Zigvadzi boyda hamıdan kiçik olduğuna görə oraya girdi.

Amma, baş verənləri dərindən müşahidə etdikcə anladım ki, yerin altındakılardan ən az qorxan elə Zigvadzi imiş. Çünki, orada zəhərli ilanlar, birələr, gənələr və s. ola bilər. Uzunluğu 35 sm çatan kirpi iynələrini vurğulamağa dəyməz.

Həmin ana qədər mənim Hadzi pəhrizim son dərəcə vegetarian qidalarla zəngin idi. Elə onların özləri üçün də bu, tez-tez belə olur. Biz savannada dolaşdıqca qarşımıza çıxan kollardan yığdığımız giləmeyvələrlə dolanırdıq. Bəzən isə tələsik qalanmış ocaqda bişirilə bilən bitki kökləri tapırdıq.

Hadzalıların qidasının əsasını giləmeyvə və köklər təşkil edir
Image caption Hadzalıların qidasının əsasını giləmeyvə və köklər təşkil edir

Tez-tez baobab ağacının meyvələrini yeyirdik. O meyvənin yumşaq tabaşirə bənzəyən lətindən fibra və vitamin C ilə zəngin içki hazırlanır.

Плоды баобаба
Image caption Baobabın meyvələri "boşqabda"

Bir neçə onilliklər bundan qabaq antropoloqlar Hadza əhalisinin həmişə ac olduğunu, bununla belə, aclıqdan ölmədiklərinin diqqətinə varıblar. Onlar, praktiki olaraq hər şeyi yeyə bilirlər və yeməli bitki və heyvanlarla əhatələndiklərinə görə bəxtləri gətirib.

Sən demə, ətrafımız dörd yaşlı Hadza uşaqlarının da bildiyi, lakin, mənim görə bilmədiyim qidalarla dolu imiş.

Ребенок хадза ест мясо
Image caption Hadza tayfasından uşaq ət yeyir

Əlqərəz, Zigvadzi dəlikdə yox oldu və biz yalnız onun uzaqdan gələn səsini eşidə bilirdik.

O, yerin kirpinin açdığı tunel və "otaqlarla" dolu iki metr altında idi. Ovçu, yerin altındakı quruluşu gözdən keçirdikdən sonra, çöldə gözləyən yoldaşlarına kirpinin çıxa biləcəyi mümkün yollar haqqında məlumat verəcəkdi.

Təxminən 40 dəqiqə sonra, üstü toz və birə içində Zigvadzi yerin üzünə çıxdı və oxlu kirpinin yerin altında gizlədiyi nöqtəni yuxarıdan müəyyənləşdirdi.

Человек на баобабе
Image caption Bal əldə etmək üçün hündür baobaba dırmaşmaq lazımdır

Hadza tayfasının sayı mini keçmir və onların cəmi 200 və ya 300-ü ovçu-yığıcı kimi yaşayır. Onlar, heç nə yetişdirmir və kənd təsərrüfatı ilə məşğul olmurlar.

Hadza fermerləri gülməli və qəribə sayırlar. Biri məndən soruşdu: "Kollar giləmeyvə, ağaclar bal ilə dolu və bir saat kirpi ovu edib hər kəsi doydurmaq mümkün olduğu halda, zəmidə bütün bir gün keçirib, həftələr və ya aylarla gözləmək nəyə gərək?"

Последняя добыча
Image caption Hasilat

Bizim qədim əcdadlarımız da bu cür yaşayıb və qidalanıblar. Zigvadzi və onun həmtayfalarının qida rasionu keçmişdə insanların necə yaşadığını sübut edən son nümunələrdəndir. Bu, həm də bizim həzm sistemimizin necə formalaşdığının izahı olar bilər.

Müxtəlif növ bakteriyalardan ibarət və yetkin insanda çəkisi 1-2 kq olan bağırsağımızın florası məhz bu pəhriz sayəsində inkişaf edib.

Alimlər müəyyənləşdiriblər ki, bağırsaq florası immun sistemimizin işində mühüm rol oynayır və bu mikroflora zəngin və müxtəlif olduqca, xəstəliklərə qapılmaq riski də aşağı olur.

Eləcə də müəyyənləşib ki, məhz qidalanma rasionu sayəsində Hadza xalqı dünyada ən yaxşı bağırsaq florasına malik insanlardır.

Мужчина с ногой зебры
Image caption Zebrləri ovlamaq üçün zəhər yağılmış oxlardan istifadə etmək lazımdır
Мужчина с головой зебры
Image caption Zebrləri ovlamağın ən asan vaxtı, onlar quraqlıq səbəbi ilə sayı azalan gölməçələr ətrafında su içməyə yığışdıqları dövrdür
Разделка зебры
Image caption Qonşuluqdakı təsərrüfatçılara görə zebrlərin sayı getdikcə azalır

Mənimlə birgə Hadzanı ziyarət edən King's College Londonun genetik epidemiologiya üzrə professoru Tim Spector, onların yedikləri ilə qidalanıb bağırsaq florasında fərqin yaranıb-yaranmayacağını öyrənmək istəyirdi.

O, Hadza pəhrizinə keçməmişdən öncə və pəhrizə başlayandan 3 gün sonra, öz nəcisindən analiz götürdü ki, orqanizmindəki bakteriyaların dəyişməsini yoxlaya bilsin.

Nəticələr inanılmaz idi. Cəmi üç gün içində onun bədənindəki bakteriyalar 20% artmışdı. Eləcə də, sağlamlığı xarakterizə edən bir neçə yeni bakteriya da əmələ gəlmişdi.

Мужчина с добычей
Image caption Ovçular adətən ovlarını özləri ilə kilomterlərcə daşıyırlar

Tayfanın qida rasionunu dərindən araşdırıb, onun xeyrini üzə çıxarmaq üçün professor, bir neçə il sərf etməli olacaq. Bu illəri əldə etmək isə çətin olacaq. Çünki, son zamanlar tayfanın həyatı kəskin və sürətli bir şəkildə dəyişir.

Artıq uzun illərdir ki, qonşuluqdakı fermerlər tədricən onların torpağına girir. Son on ildə ərzində hər il 160 hektar olmaqla, meşələr qırılır. O meşələr ki, Hadza tayfası qidasının böyük hissəsini əldə edir.

Eləcə də, Hadzalıların min illərdir ki, ov etdiyi heyvanlar, buraya köçən kənd təsərrüfatçılarına görə qaçırlar.

Тушку землеройки готовят к приготовлению
Image caption Yereşənin leşini bişirmək üçün hazırlıq

Məni gözləyən sürpriz isə hələ qabaqda idi. Oxlu kirpi ovunu etdiyimiz yerdən təxminən yarım saat aralıda iki yol qovşağında bir kərpic daxma var idi. Orada dəmir bankalarda müxtəlif növ sərinləşdirici içkilər və peçenye paketləri dolu idi.

Mən və Land Rover-m buraya asfaltsız yolla 9 saata çata bilmişdik, amma, beynəlxalq markalar məni qabaqlamışdılar.

Хадза уже знают про мировые бренды
Image caption Hadzalılar artıq beynəlxalq markaları tanıyırlar

Zigvadzi tayfa ənənəsinin layiqli davamçısı olsa da, ibtidai cəmiyyətin həyatı getdikcə qısalır. Heyvanların harada gizlədiyini tapdıqdan sonra o, əlinə iti çubuğu aldı: "Kirpi! Çıx! Çıx! Çıx oradan!" Elə həmin an iki oxlu kirpi çıxdı.

Ölçüsü və 30 kiloqramlıq çəkisi qədər onlardan gələn səs də çox təəccüblü idi. Ovçunu qorxutmaq üçün atdıqları böyük ağ-qara oxlardan qorxulu vıyıltı gəlirdi.

Zigvadzi bir neçə dəfə onların başına taxta ilə vurdu. Və hər şey bitdi.

Так убивают дикобраза
Image caption Oxlu kirpini belə öldürürlər

Hadza ovçuları hər şeyi bölüşürlər. Burada bərabərçilik cəmiyyəti hökm sürür. Onların liderləri yoxdur. Söhbət ətdən gedirsə, o bərabər bölünməlidir.

Bağırsaq, ürək, qaraciyər və ağciyər dərhal çıxarılıb qızardılır və yeyilir. Qalan hər şey qəbiləyə aparılır.

Kirpinin qaraciyərini ehtiyatla çeynəyərkən qeyri-adi bir mənzərənin şahidi oldum.

Ovçuluq və yemək məni bir növ qədim əcdadlarıma calayan bir bağ oldu.

лук
Image caption Yay və oxlar Hadza kişisinin yeganə əmlakıdır və müntəzəm olaraq damardan istifadə olunur

Şəkillərin müəllifi King's College Londondan Jeff Leach

Əlaqəli mövzular