Premyer Liqanın 25 illiyi: İngiltərədə "ən yaxşı" futbolçu Eric Cantona seçilib

Cantona Fotonun müəllifi Getty

Britaniyanın Guardian qəzeti Premyer Liqanın yaradılmasının 25 illiyi münasibətilə Liqanın indiyədək ən yaxşı futbolçusunu seçib.

Guardian-nın seçiminə görə, bir vaxtlar adı Manchester United-la çəkilən əfsanəvi fransız oyunçu Eric Cantona 1992-ci ildən bu yana İngiltərədə forma geymiş ən yaxşı futbolçudur.

Cantona Manchester United-ə transfer edildikdən sonra haqqındakı bütün qərəzləri alt-üst edib.

Cantona, baş məşqçi Alex Ferguson ilə birlikdə 26 il sonra liqa çempionluğunu qazanıb.

İngiltərə futbolunun birinci liqasının Premyer Liqa olaraq yenidən tanınması, Manchester United-in hökmranlıq dövrü ilə üst-üstə düşüb.

1992-ci ilə qədər 89 ildə 7 dəfə çempion olan "Qırmızı şeytanlar" bu tarixdən etibarən 25 mövsümün 13-də uğura imza atıb.

Fotonun müəllifi Getty
Image caption Leeds United-in baş məşqçisi Howard Wilkinson Cartona-nı Manchester United-ə satarkən ağlında rəqib komandada daxili qarışıqlıq yaratmaq niyyəti vardı. Ancaq nəticə heç də onun gözlədiyi kimi olmadı.

Leeds-in tərs gedən planı

1992-ci ilin noyabrında Cantona Leeds United-dən Old Trafford-a gələrkən şübhəsiz ki, hamı təəccüblənmişdi. Bu transferə Alex Ferguson da inanmamışdı.

Cantona Manchester United-i seçərkən Leeds United-in baş məşqçisi Howard Wilkinson-un bu qərarı çox müzakirə edimişdi.

Leeds bu transferdən 1 milyon 200 min sterlinq qazanmışdı. Ancaq Wilkinson-un əsl məqsədi Cantona-nı Ferguson-un komandasına göndərib Manchester-də daxili qarışıqlıq yaratmaq idi.

Lakin bu həmlə baş tutmadı və Manchester United bu transferlə əhəmiyyətli güc qazandı.

Fotonun müəllifi Getty

Manchester United-in yeni qol "silahı "

Eric Cantona Manchester United-ə transfer olunarkən klub liqada 8-ci yerdəydi. Hücumçu DionDublin yay aylarında ayağını sındırmışdı və Manchester hücumçu transfer etmək üçün çalışırdı.

Lakin Sheffield David Hirst-ı satmağı düşünmürdü. Cantona-nın heyətə necə daxil ediləcəyi də naməlum idi.

Ən sonunda Ferguson fransız futbolçu üçün oğlunu fəda etdi və Darren Ferguson ilk 11-likdən çıxarıldı.

Bryan Robson da zədə aldığına görə, onun yerinə Brian McClair mərkəzə keçdi.

Eric Cantona, Mark Hughes-lə birlikdə hücumda yerləşərək klubun qol "silahı" oldu.

Cantona-nın forma geydiyi ilk oyunda "Qırmızı şeytanlar" Norwich-i məğlub etdi və davam edən dörd oyunda Cantona qol vurmaq gücünü göstərdi. Fransız futbolçu qısa müddət ərzində göstərdiyi oyunla komanda yoldaşlarına ilham verdi.

"Qazanmaq və sizin üçün burdayam"

Cantona-nın Manchester United-dəki komanda yoldaşı Paul İnce onunla bağlı bunları söyləyib:

"Sanki bizim məsuliyyətimizi də öz üzərinə götürmüşdü. Güclü bir enerjisi vardı və sanki "Mən Eric, qazanmaq və sizin üçün burdayam" deyirdi."

Manchester United Cantona ilə Liqa çempionu oldu. Fransız futbolçu İngiltərə Federasiya Kubokunun finalında Chelsea-yə vurduğu iki qolla ilin futbolçusu seçildi.

Fotonun müəllifi Getty
Image caption Cantona-nın azarkeşə təpik zərbəsi endirməsi bəlkə də Manchester United-ə çempion olmaması bahasına başa gəldi

"Uçan zərbə" və 8 ay cəza

Eric Cantona-nın sonrakı mövsümdəki oyunu isə tamamilə başqa səbəbdən sensasiya yaratmışdı.

1994-95-ci il mövsümündə Crystal Palace ilə Selhurst Park stadionunda keçirilən oyunda rəqib komandanın tərəfdarlarından birinə "uçan zərbə" vuraraq 8 ay cəza aldı.

Həmin mövsümdə "Qırmızı şeytanlar" bir xalla çempionluğu Blackburn Rovers-ə verməli oldular. Cantona mövsümün sonunda cəzası bitdiyinə görə meydançaya geri döndü və təpik atdığı hadisənin yaşandığı stadionda iki qol vuraraq komandasına qələbə qazandırdı.

Gözlənilməyən qərar: təqaüdə çıxıram

Cantona Manchester United-lə 1996-97-ci il mövsümünü çempion olaraq başa vurdu və bu klubdakı 5 illik karyerasında 4 dəfə çempionluq qazandı. Lakin bir həftə sonra 30 yaşlı Cantona futbolu tərk etdiyini və təqaüdə çıxdığını açıqladı. Kimsə belə bir qərarı gözləmirdi, lakin Cantona-nın fikrincə, artıq sübut edəcəyi bir şey qalmamışdı.

Əlaqəli mövzular

Bu barədə daha geniş