Türkiyə: “Hero” yazılı köynək geyinənlər saxlanılır

Gero yazılı köynək Fotonun müəllifi Getty Images

Türkiyə polisi Gülen hərəkatı ilə bağlı olduğu iddia edilən "Hero" yazılı köynək geyinənləri hədəf alıb, mətbuat bildirir.

CNNTurk kanalına əsasən ötən on gün ərzində 30-dək şəxs həbsə alınıb.

"Üzərində həmin köynək olanların demək olar kı, hamısı polislə üz-üzə gəldi", - deyən kanal həbslərin davam etdirildiyini qeyd edir.

Belə görünür ki, həbslər sabiq əsgər Gökhan Güçlünün dövlət çevrilişi cəhdilə bağlı prosesə Hero yazılı köynəkdə gəlməsindən sonra başlayıb.

Türkiyə hökuməti Fethullah Güleni və onun islamçı hərəkatını 2016-cı ilin 15 iyulunda baş verən çevriliş cəhdinin təşkilində ittiham edir. Onun başcılıq etdiyi təşkilat Türkiyədə terrorçu qurum tanınıb.

ABŞ-da könüllü mühacirətdə yaşayan vaiz bu iddiaların əsassız olduğunu deyir.

"Hero" yazılı köynək Gülen qrupuna və dövlət çevrlişi cəhdinə gizli dəstək əlaməti kimi dəyərləndirilir.

Fotonun müəllifi Getty Images
Image caption Gökhan Güclü prezident Recep Tayyip Erdoğana qarşı sui-qəsddə ittiham olunur

Hökumət yönlü Sabah qəzeti bildirir ki, Hero sözü "Hoca Efendi Razı Olsun" ifadəsinin baş hərflərindən ibarət ola bilər.

Bütün hallarda köynək artıq satılmır.

Qalmaqaldan əvvəl isə onlar məşhur geyim saytında 15 türk lirasına ($4.20) təklif olunurdu, Cumhuriyet bildirir.

Bu barədə daha geniş