Angelina Jolie Brad Pitt-dən boşandıqdan sonra nə edib?

Angelina Jolie Fotonun müəllifi AFP

Hollywood-un məhşur aktrisası Angelina Jolie Brad Pitt ilə boşanmasının səbəblərini ilk dəfə Vanity Fair jurnalına verdiyi müsahibədə açıqlayıb.

Brad Pitt-dən ayrıldıqdan sonra çətin günlər yaşadığını söyləyən Angelina Jolie boşanmadan sonra özünü ev işlərinə həsr etdiyini bildirib.

Jolie "Uşaqlarımla vaxt keçirdim, itlərə qulluq etdim, çirkli qabları yudum və uşaqlarıma yatmazdan əvvəl nağıl oxudum" deyib.

Uşaqları üçün yemək bişirmək dərsləri aldığını söyləyən 42 yaşlı aktrisa "uşaqlarıma səhər yeməyi hazırlamaq və evdə vaxt keçirmək ən böyük istəyimdir " söyləyib.

Fotonun müəllifi AFP

"Uşaqlarımın qarşısında ağlamaq istəmirəm"

"Mən uşaq olan zaman həmişə anam üçün narahat olurdum. Uşaqlarımın da mənim üçün narahat olmasını istəmirəm. Ona görə də, onların qarşısında deyil, duş qəbul edərkən ağlayıram" deyən aktrisa, Brad Pitt-lə münasibətlərinin 2016-cı ildə Kambocada çəkilən "Əvvəlcə atamı öldürdülər" filminin çəkilişləri zamanı zərər görməyə başladığını bildirib.

Jolie "Münasibətlərimiz pisləşməyə başladı. Əslində bu kəlməni istifadə etmək istəmirəm, Amma münasibətlər çətinləşdi" deyib.

Angelina Jolie ilə Brad Pitt arasında sevgi münasibətləri 2004-cü ildə başlamışdı və cütlük 2014-cü ildə evlənmişdi. Boşanma qərarından sonra uşaqlarıyla yeni bir ev almağa qərar verən Jolie həyatına yenidən başlamaq istədiyini söyləyib.

Los Angeles-də 25 milyon dollar dəyərində bir malikanə alan Jolie bir həfrə əvvəl altı uşağıyla birgə bu evə köcüb.

Jolie Brad Pitt-i 15 yaşındakı oğulları Maddox-a şiddət tətbiq etməsi ittihamı ilə günahlandırdıqdan sonra Federal Təhqiqatlar Bürosu aktyor barədə istintaqa başlamışdı.

Lakin boşanmadan sonra 53 yaşlı aktyor haqqında hansısa qərar icra olunmamışdı.

Brad Pitt may ayında verdiyi müsahibədə həddən artıq spirtli içki qəbul etdiyini və bunun boşanmaya səbəb olduğunu etiraf etmişdi.

Əlaqəli mövzular

Bu barədə daha geniş