BBC Azərbaycanca Bakıda işə dəvət edir: Multimedia prodüseri

BBC

BBC Azərbaycanca xidməti Bakıda Multimedia prodüseri vəzifəsinə işə dəvət edir.

BBC Azərbaycanca xidmətinin Bakı ofisində Multimedia prodüseri kimi işləmək istəyirsinizsə, avqustun 20-dək müraciət etməlisiniz.

Uğurlu namizədlər jurnalistikada təcürbəsi və multimedia üçün materialları yazma, tərcümə etmə və müxtəlif auditorialar və media platformaları üçün uyğunlaşdırma bacarığı olan şəxslər olacaqlar.

Namizədlər eyni zamanda azərbaycan dilində səlis və ingilis dilində yaxşı bilməlidirlər.

Daha ətraflı məlumat və işə ərizə vermək üçün aşağıdakı keçidə daxil olun:

Multimedia prodüseri