İlk gülün görünüşü necə olub?

Bütün çiçəklərin əcdadı olduğu ehtimal edilən çiçəyin üç qatlı modeli Fotonun müəllifi herve.sauquet@u-psud.fr, juerg.schoenenberger@univ
Image caption Bütün çiçəklərin əcdadı olduğu ehtimal edilən çiçəyin üç qatlı modeli

Fransada aparılan bir araşdırmaya əsasən bütün gül növləri təqribən 140 milyon il əvvəl mövcud olan bir güldən əmələ gəlib.

Paris-Sud Universitetində aparılan araşdırmada güllər barədə bu günə qədər əldə edilən ətraflı məlumatlar təhlil edilib.

Bütün güllərin əcdadı sayılan növün tac yarpağına bənzəyən orqanlara sahib olduğu məlum olub. Onun cüt cinsiyyətli, qıvırcıq şəkildə olduğu zənn edilir.

Araşdırma müəlliflərindən Herve Sauguet müasir güllərdə bu növə bənzər cəhətlərin olmadığını söyləyir.

İlk gülün qalıqları tapılmayıb. Buna görə də onun necə əmələ gəldiyi sirr olaraq qalırdı.

792 növdən məlumat toplanıb

Qədim gülün görünüşünü müəyyənləşdirmək məqsədilə 793 növ güldən tac və çanaq yarpaqları kimi müxtəlif hissələr toplanıb.

Onların təkamül nəticəsində inkişafı təqib edilib.

Beləliklə, alimlər ilk ortaq çiçəyə aparan xətti izləyiblər.

Araşdırmaya əsasən ən qədim gülün, zanbaqdakı kimi, daha qıvırcıq tac yarpaqları olub. Onlar eyni müstəvidə yerləşib. Həmçinin gülün ayrılan yarpaqlara sahib olduğu da müəyyənləşib.

Güllərin tək ya da cüt cinsiyyətli olmasına görə ilk çiçəyin necə bir şəkildə olduğu maraq doğururdu.

Araşdırma qədim güllərin həm dişi, həm də erkək törəmə orqanlarına sahib olduğunu göstərib.

İlk gülün quruluşuna dair tədqiqat elmi əhəmiyyət kəsb etsə də, onun yekunlarının əsaslı olub-olmadığını qalıqlar və növbəti araşdırmalar müəyyən edəcək.

Fotonun müəllifi Science Photo Library
Image caption Solda su zanbağı, sağda isə zanbaq çiçəyinə aid tac şəkilndə yarpaq görünür

Əlaqəli mövzular

Bu barədə daha geniş