Öldürülən gənc modelin cəsədi hücumlardan sonra məzarından çıxarılıb

Sally Anne Bowman Fotonun müəllifi PA
Image caption Sally Anne Bowman 2005-ci ildə Londonun cənubundakı Croydon səmtində öldürülüb

Böyük Britaniyada 18 yaşında öldürülən model Sally Anne Bowman-ın cəsədi hücumlardan sonra Ədliyyə Nazirliyinin icazəsiylə məzarından çıxarılıb.

Britaniyanın Daily Mirror qəzetinə müsahibə verən Bowman-ın anası Linda Bowman "qəddar insanların"qızının məzarına hücum etdiyini və məzar daşlarını qırdığını söyləyərək onun cəsədinin 4 il əvvəl məzardan çıxarıldığını bildirib.

Linda Bowman qızının qəbri üstünə zibil və solmuş güllərin qoyulduğunu da deyib.

Fotonun müəllifi PA
Image caption Sally Anne Bowman-ın anası 6 ayda 4 dəfə məzarın hədəfə alındığını açıqlayıb

Qatil ömürlük həbsə məhkum edilib

46 yaşlı Mark Dixie Sally Anne Bowman-ı 2005-ci ildə Londonun cənubundakı Croydon səmtində əvvəlcə bıçaqlamış, sonra gənc qız can verərkən onu zorlamışdı.

Mark Dixie 2008-ci ildə ömürlük həbs cəzasına məhkum edilib.

Britaniya qanunlarına görə, Dixie ən azı 34 il həbs cəzası çəkəcək.

Fotonun müəllifi PA
Image caption Bowman-ın qatili Mark Dixie ən azı 34 il həbs cəzası çəkəcək

Mark Dixie məhkəmə zamanı Bowman-ı ölü tapdığını, spirtli içkinin və narkotikanın təsiri ilə gənc qadını ölüykən zorladığını iddia edib.

Dixie ötən ay 16 yaşında olan zaman bir qadına cinsi təcavüz etdiyini də etiraf edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş