Nadir rastlanan "çəhrayı göyqurşağı"

Fotonun müəllifi SARAH AGGETT

İngiltərənin qərbində olduqca nadir rast gəlinən bir təbiət hadisəsi baş verib.

Bristol şəhəri yaxınlığında çəhrayı bir qurşağı görüntülənib.

Meteorologiya mütəxəssisləri müşahidə edilən bu hadisənin optik illüziyadan ibarət olduğunu qeyd edir.

Səmanı qırmızıya boyayan Günəş batışı zamanı ortaya çıxan bu göyqurşağı doğru prizmadan baxıldıqda çəhrayı rəngdə görülür.

BBC-nin hava proqnozlarını verən aparıcısı Simon King deyir ki, "Əslində hadisə, atmosferdəki su zərrəciklərinin Günəş şüalarını prizma təsiri ilə əks etdirməsindən ibarətdir."

Onun sözlərinə görə, çəhrayı rəng Günəşin batış bucağından asılıdır.


Pembe gökkuşağı Fotonun müəllifi BRISTOL LİMANI
Image caption Bristol Limanı
Pembe gökkuşağı Fotonun müəllifi NIKKI HAASZ
Pink rainbow Fotonun müəllifi CHLOE EDWARDS
Pembe gökkuşağı Fotonun müəllifi MaTT GAMLIN

Fotoların müəllif hüquqları qorunur.

Əlaqəli mövzular

Bu barədə daha geniş