Zehni məşqlər: Birinci tapmaca

Sizə kiçik zehin məşqlərinin köməyilə canlanmağı təklif edirik. Yaxın günlərdə sizi daha bir neçə tapmaca gözləyir. Bunu qaçırmayın!

Özünüzü sınaqdan keçirin və bu tapmacanı tapmağa cəhd göstərin.

Ümid edirik ki, bəxtiniz gətirəcək!

Tapmaca 1:

Sizin 7 qızıl külçəniz var. Onlardan biri saxtadır və çəkisi digərlərindən azdır.

Sizin tərəziniz var, amma siz ondan yalnız iki dəfə istifadə edə bilərsiniz.

Külçələrdən hansının saxta olduğunu necə müəyyən etmək olar?

Cavab

6 külçəni götürərək, hər biri 3 dənə olmaqla külçələri tərəzinin iki gözünə yerləşdirin.

Əgər külçələrin ağırlığı bərabər gəlirsə, demək ki, kənarda qalan bir külçə saxtadır.

Əks halda yüngül olan 3 külçəni götürün.

Onlardan ikisini ayrılıqda tərəzinin iki gözünə yerləşdirin.

Əgər tərəzi bərabərdirsə, deməli saxta külçə tərəziyə qoyulmayıb.

Tərəzi bərabər gəlmədiyi halda isə, yüngül gələn külçə saxtadır.

Bu tapmaca yazar Lauren Child-in dahi uşaq "Ruby Redfort" kitablarından götürülüb.

Əlaqəli mövzular