Elektrikli avtomobili harada elektriklə təchiz etməli- evdə, yoxsa xüsusi məkanlarda?

Elektrikli araç şarjı Fotonun müəllifi Getty Images

Böyük Britaniyanın elektrik paylayıcı şirkəti (National Grid) elektriklə işləyən avtomobillərin elektriklə təchiz olunmasının evlərdəki sayğacları sıradan çıxaracağı barədə xəbərdarlıq edib.

Financial Timesqəzeti yazıb ki, elektriklə işləyən avtomobillərin cərəyana qoşulmasından başqa, qurutma maşını və ya qızdırıcı kimi cihazlar da evlərdəki elektrik sayğacını zədələmək riski daşıyır.

Britaniya 2040-cı ilədək ölkədəki bütün benzin və dizellə işləyən mühərrikli avtomobil satışını qadağan edəcək.

Bu qərarın elektriklə işləyən avtomobillərə olan tələbatı daha da artıracağı gözlənilir.

National Grid-in yayınladığı məlumata görə, evlərdəki sayğaclar 60 və ya 80 amperə qədər gücü dəstəkləyir, amma təkcə elektrik avtomobil markası Tesla-nın sürətli elektrik yığma cihazlarının isə 48 amper gücə ehtiyacı var.

Elektrik yığma cihazları istehsalçısı Pod Point-in təsisçisi Erik Fairbairn isə Britaniyadakı evlərin 95 faizinin sadəcə Tesla-nın adapter cihazını belə işlədə bilməyəcəyi fikrini irəli sürüb.

National Grid bu problemi aradan qaldırmaq üçün ölkənin bütün elektrik xətlərini təzələməkdənsə, insanların evdən kənarda istifadə edə biləcəyi sürətli adapter cihazları stansiyalarının sayını artırmağın daha asan olacağı fikrini müdafiə edib.

Britaniyada elektrikli və hibridli avtomobillərin satışı son bir ildə 22 faiz artıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş