Zehni məşqlər: Bir ailəni çaydan necə keçirmək olar?

Siz bizim bu günkü tapmacanı tapa bilərsiniz?

Uğurlar!

Fotonun müəllifi Getty Images

Tapmaca 3

İki böyük və iki uşaq çayı qarşı tərəfə keçmək istəyirlər.

Onlar bir sal qurublar, lakin bu sal ya bir böyük adamı, ya da iki uşağı çaydan keçirmək gücünə malikdir.

Onların hamısını digər sahilə keçirmək üçün neçə keçid tələb olunur?

Cavab üçün bu linki sıxın

Cavab

Salı ən azı çayı 9 dəfə keçməlidir.

Sizin çözümünüz fərqli ola bilər. Amma variantlardan biri belədir. Ehtimal edək ki, hamı yaxın sahildədir və uzaq sahilə keçmək istəyirlər.

Əgər böyük adam uzaq sahilə keçərsə, o zaman orda artıq uşaqlardan biri olmalıdır ki, salı geriyə qaytarsın.(əgər bunu böyük etmiş olarsa, bu halda səfər boşuna keçmiş olacaq).

Qərar o zaman mümkündür ki, əgər ilk iki səfərdə salda ancaq uşaqlar olsun. Hər iki uşaq digər sahilə keçəcək, onlardan biri orda qalacaq, ikincisi isə salı geri qaytaracaq.

Üçüncü səfərdə digər sahilə böyük yollanacaq, dördüncü səfərdə isə sahildə gözləyən digər uşaq salla geri qayıdacaq.

Beləliklə 4-cü səfərdən sonra böyüklərdən biri digər sahildə, qalanları isə bu sahildə qalmış olacaqlar.

Daha sonra hər şey analoji olaraq təkrarlanır və səkkizinci səfərdə böyüklərdən hər ikisi digər sahildə, uşaqların hər ikisi isə bu sahildə olacaq.

Doqquzuncu dəfə digər sahilə uşaqların hər ikisi yollanacaq.

Tapmaca Cambridge Universitetinin NRİCH layihəsindən götürülüb. Daha ətraflıToday proqramının saytında.

Bu barədə daha geniş