Virtual kimliyiniz siz öldükdən sonra necə yaşayacaq?

cenaze fotoğraflar Fotonun müəllifi Getty Images

Ölüm və dəfn mərasimlərinin qarşıdakı illərdə çox böyük bir dəyişikliyə məruz qalacağı gözlənilir. Getdikcə çoxalan internet istifadəçiləri belə düşünür.

Öldükdən sonra virtual aləmdə "yaşamağa davam etmək" qorxu filmi ssenarisini xatırlatsa da, çox sayda istifadəçi belə bir gələcəyə sərmayə qoyur.

Eternime adlı bir şirkət sosial mediadakı paylaşımlarınızdan smartfonlarınızdakı məlumatlara qədər və daha çox "rəqəmsal ayaq izinizi" bir araya gətirərək "rəqəmsal siz" yaratmaq fikrindədir.

Həmçinin süni intellekt ilə yaradılacaq olan bu virtual kimlik, siz artiq həyatda olmayanda sevdiklərinizlə qarşılıqlı əlaqə yaradacaq.

Eternime-nin qurucusu Marius Ursache layihə haqqında ətraflı məlumat verərək, virtual şəxsiyyətin "həyat hekayəsini danışan yoldaş" kimi qarşılıqlı ünsiyyət qura biləcəyini söyləyib.

Gələn il təqdimatı olacaq Eternime-nin yaydığı məlumatlara görə, artıq 37 min adam bu xidmətdən yararlanmaq üçün qeydiyyatdan keçib.

Image caption Eternime-nin qurucusu Marius Ursache

Virtual dəfn mərasimləri

Əgər virtual şəxsiyyət yaratmaq fikri sizə həddən artıq mənasız gəlirsə, daha az ürpədici variantlar da var.

Ölümdən sonra sosial mediada vaxtı əvvəlcədən müəyyənləşdirilmiş mesajlar paylaşmağa imkan yaradan DeadSocial.org adlı təşəbbüskar var.

Təbii ki, belə mesajların sevdiklərinizə və ailənizə sürpriz olmaması üçün onlara əvvəlcədən belə bir planınız olduğunu bildirməyiniz daha doğru olar.

İnsanlar texnologiyadan dəfn mərasimlərini təşkil etmək üçün istifadə edirlər. Los Angelesdə yaşayan 28 yaşlı Rebekah Doran Cake adlı bir proqramla əvvəlcədən dəfn mərasimini təşkil edib.

"O gün" gələndə Doranın yaxınları, ailəsi və dostları fransız şərabı içib, toyuq yeyəcək və onlara şirniyyat olaraq, vafli veriləcək.

Fonda isə Amerikan klassik xalq musiqisi olacaq. Doranın dediyinə görə, gənclər üçün ölüm sonrasını planlaşdırmaq çox vacibdir, çünki bu fikrə ən uzaq olduqları üçün ölümü ən az düşünən elə məhz gənclərdir.

Buna görə də o, bu mərasimi elə əvvəlcədən təşkil edib.

Fotonun müəllifi REBEKAH DORAN
Image caption 28 yaşındakı Rebekah Doran Cake adlı bir proqramla dəfn mərasimini əvvəlcədən planlaşdırıb

Dəfn mərasimi qiymətlərini müqayisə edən bir sayt Britaniyada məşhur olub

Bostonda yerləşən Cake şirkətinin ölümdən sonra təklif etdiyi xidmətlər arasında, məsələn, Facebook səhifənizə nə olacağı belə var.

Şirkətin şəriyi Suel Chen rəqəmsal miras fikrini belə izah edib: "Ölümdən sonrakı planlarınızı ehtiva edən məlumatlar bulud proqramının içərisində saxlanacaq fayldır. Bu planlar tozlanmaq əvəzinə, üzərində istənilən an dəyişiklik və yenilənmələr aparılacaq bir proqramda saxlanmalıdır".

Texnologiya ölümlə bağlı başqa yeniliklər də etməyə başlayıb. Məsələn Funeralbooker adlı bir şirkət, Böyük Britaniyada dəfn mərasimləri ilə məşğul olan şirkətlərin qiymətlərini müqayisə edən axtarış mühərriki yaradıb.

"Biz bazara girənə qədər virtual aləmdə qiymət tapmaq mümkün deyildi. Yeganə əlac bir-bir dəfn mərasimlərini təşkil edən şirkətləri gəzib, qiymətlərlə tanış olmaq idi", şirkətin rəhbəri Ian Strang deyib.

Fotonun müəllifi Getty Images

Texnologiya dəfn mərasimlərini də dəyişir

İnsanları narahat etməkdən yayınmaq üçün, bir çoxları vəsiyyət hazırlamaqdan boyun qaçırır.

37 yaşlı Alice Valsh, farewill.com adlı sayt vasitəsilə vəsiyyət və dəfn mərasimlərini 50 dollara təşkil edir.

Dəfn mərasiminin internet vasitəsilə canlı yayınlanması da daxil olmaqla, texnologiya dəfnlə bir çox sahələrə təsir göstərir.

Əlaqəli mövzular