Zehni məşqlər - qatil kimdir?

Diqqətinizi cəmləşdirin.

Öz gücünüzü bu günkü tapmaca ilə sınayın.

Qatilin kim olduğunu təxmin edin.

Uğurlar!

Fotonun müəllifi Getty Images

Tapmaca 5

Şirkətdəki 5 nəfərdən biri digərini güllələyib.

Biz onların haqqında bunları bilirik.

1. Dan dünən günahsızlardan biriylə New-York marafonunda qaçıb.

2. Mike şəhərə köçməzdən əvvəl özünü fermer hesab edirdi.

3. Jeff kompüter mütəxəssisidir və gələn həftə Ben üçün yeni kompüter yığmaq niyyətindədir.

4. Qatilin bir neçə gün əvvəl ayağı amputasiya edilib.

5. Ben Jack-la 6 ay əvvəl tanış olub.

6. Jack qətl günündən bu yana insanlar arasına çıxmır.

7. Dan əvvəllər çox spirtli içki içirdi.

8. Sonuncu bir neçə kompüteri Ben və Jeff birlikdə yığıblar.

9. Qatil Jack-in qardaşıdır. Onlar Seattle-da bir yerdə böyüyüblər.

Özünüzü Sherlock Holmes kimi hiss edin. Qurbanın və qatilin adını söyləyin.

B

Question mark illustration

Cavab:

Jeff Mike-ı öldürüb.

Aşağıdakılara diqqət yetirin:

1. Jack qatilin qardaşı olduğu üçün o qatil deyil.

2. Dan qatil ola bilməz, çünki o, marafonda iştirak edib. Qatilin isə ayağı amputasiya edilib. O, əməliyyatdan dərhal sonra belə məsafəni qaça bilməzdi.

3. Ben Jack-la yeni tanış olduğuna görə qatil deyil. Jack və qatil isə bir yerdə böyüyüblər.

4. Qalır Jeff və Mike.

Jeff hələ ki sağdır (o gələn həftə yeni kompüterin yığılmasıyla məşğul olmaq fikrindədir, indiki zamanda fel ) və demək qatil odur. Mike da həmçinin Jack-lə bir yerdə böyüməyib. Aydındır ki, Jack, Dan və Jeff hələki sağdırlar. Ben də sağdır, çünki Jeff gələn həftə ona yeni kompüter yığmağı planlaşdırır. Burdan belə nəticə çıxır ki, Jeff Mike-ı öldürüb.

Tapmaca Rosetta Stone şirkəti tərəfindən təqdim olunub (ətraflı Today Programme saytında)

Bu barədə daha geniş