Avropanın ən böyük festivalı: Notting Hill karnavalı şəkillərdə

Девушки в краске Fotonun müəllifi Getty Images

Hər il avqust ayının sonlarında Londonda Notting Hill-də Avropanın ən böyük, dunyanın isə, Rio-de-Janeyro-dan sonra ikinci ən böyük festival keçirilir.

карнавал Fotonun müəllifi Reuters

Festivalın tarixi 1960-cı ildə Karib dənizinin sakinlərinin Notting Hill-də toplaşması ilə başlayıb. Festival iştirakçılarının ilk şüarı, "Xalqın azadlığı onun mədəniyyətindən doğur" olub.

карнавал Fotonun müəllifi PA

Britaniyanın afro-amerikan icmasının nümayəndələri festivalda aparıcı rol oynayırlar. Festivalın ənənəvi hissəsi-rəngarəng döyüşlərdir.

карнавал Fotonun müəllifi Getty Images

Festivalın paltarları bütün 1 il ərzində hazırlanır.

карнавал Fotonun müəllifi AFP

Ənənəvi olaraq, festivalın ilk günü "uşaqlıq" adlanır. Səhər saat 9 da başlayan və axşama qədər davam edən təntənəli yürüyüşdə yüzlərlə uşaq və gənclər iştirak edir.

карнавал Fotonun müəllifi Reuters

Ənənəyə görə, bazar günü festivala ailəvi şəkildə baş çəkilir.

карнавал Fotonun müəllifi PA

Səlahiyyətli şəxslər festival günü təhlükəsizlik tədbirlərini gücləndirirlər.

карнавал Fotonun müəllifi AFP

Bu il tənqidçilər təntənəli yürüyüşün iyun ayında yanmış Grenfell Tower -in yaxınlığından keçməsini yanğın qurbanlarına hörmətsizlik olduğunu qeyd ediblər.

Bir çox iştirakçılar festivala üstündə həmrəylik şüarları olan yaşıl paltarlarla gəlib və birlik nümayiş etdiriblər.

карнавал Fotonun müəllifi PA

14 iyun tarixində gecə Grenfell Towerdə yanğın nəticəsində ən azı 80 nəfər həlak olub.

Гренфелл-тауэр Fotonun müəllifi Getty Images

İştirakçılar yanğın zamanı qurbanların xatirəsini bir dəqiqəlik sükutla yad edib, həmçinin səmaya ağ göyərçinlər buraxıblar.

Участники карнавала выпускают голубей Fotonun müəllifi PA

Həmçinin, qurbanların xatirəsini yad etmək və sakinlər ilə həmrəylik nümayiş etdirmək üçün Londonun meri Sadiq Khan da festivala qoşulub.

Festival adətən rəsmilərin və siyasətçilərin iştirakı olmadan baş tutur.

карнавал Fotonun müəllifi PA

Festival şənbə günü başlayıb və bazar ertəsi 28 avqust tarixinə qədər davam edəcək.

Əlaqəli mövzular

Bu barədə daha geniş