100 Qadın: Qadınlar dünyanı bir həftəyə dəyişə bilərmi?

Hands - stock image Fotonun müəllifi Getty Images

100 Qadın izləyicisi kimi bizə dəyişikliyin zamanı olduğunu dəfələrlə bildirmisiniz.

Cinsi təcavüz, iş və həyatda bərabərsizlik və cəmiyyətin bir çox sahələrində daha az diqqətlə qarşılanma əzici olduğu qədər də insanı ruhdan sala bilər.

Hərəkətə keçməyin tam vaxtıdır.

Bu il 100 Qadın, dünyanın ən böyük problemlərinin həllində nüfuzlu və təsirli qadınları köməyə çağıraraq fərqli bir addım atır.

Amma, onlar bunu təkbaşına bacara bilməzlər.

Beşinci ilində 100 Qadın dörd problemə nəzər salacaq: peşə baryeri, qadın savadsızlığı, ictimai yerlərdə təcavüz və idmanda cinsi ayrı-seçkilik.

Oktyabr boyunca hər həftə onlar, bu problemlərdən əziyyət çəkən insanlara kömək üçün bir araya gələcəklər.

Bu problemlərdən əziyyət çəkən insanlara kömək etmək üçün oktyabrın dörd həftəsində mütəxəssis marağı və ya təcrübəsi olan qadınlar dörd şəhərdə görüşəcəklər.

Sizin də dəstəyiniz elə bu məqamda lazım olacaq.

Fotonun müəllifi Getty Images

Əgər 100 Qadın çağırışı uğurla başa vurulsa, bu sizin yaşadığınız yerdə problemlərin necə və niyə yarandığını anladığınız üçün alınacaq. Gördüyünüz hansısa mükəmməl ideyanı paylaşdığınız üçün. Və ya özünüz hansısa fikrə gəldiyiniz üçün.

Bununla yetinməyəcəyik - radio, internet və sosial mediada müzakirələr təşkil edəcəyik və sizin hekayələri sevə-sevə dinləməyə hazırıq.

Peşə baryeri çağırışı San Francisco, qadın savadsızlığı çağırışı Dehli, küçə təcavüzü çağırışı Nayrobi və idmanda cinsi ayrı-seçkilik çağırışı Rioda baş tutacaq, lakin müzakirələr qlobal zəmində baş tutacağına görə dünyanın hər bir yanındakı qadınları eşitmək istəyirik.

Fotonun müəllifi Getty Images

100 Qadın, dünyanı dəyişmək üçün nələrisə bacarmış qadınlar siyahısı olmadan tamamlana bilməzdi.

Yeni fəsildə 100 Qadın siyahını davam etdirməyi sizin öhdənizi buraxır.

Bu ayın sonunda adlar elan olunarkən, siyahıda yalnız 60 ad olacaq. Qalan 40 yer isə boş qalacaq və çağırışa hər hansı yolla cavab verməyi bacaran qadınların adı fəsil boyunca buraya əlavə olunacaq.

Fotonun müəllifi Getty Images

"2015-ci ildə qadınlar 30 ölkədə 10 dildə 150-dən çox müzakirəyə ev sahibliyi ediblər. 2016-cı ildə insanlar Wikipedia-ya layiqli, amma diqqətdən kənarda qalmış 450 qadının adını əlavə ediblər. İndi 2017-ci ildə biz iştirakı yeni bir səviyyəyə çatdırmağa çalışırıq," 100 Qadın redaktoru Fiona Crack deyir.

"Bu bacarıqlı 100 qadının nə fikir irəli sürəcəyini və çağırışı bir aya sığdıra bilib-bilməyəcəklərini görmək həyəcanverici olacaq."

Fotonun müəllifi Getty Images

Beləliklə, söz sizdədir.

Həvəsləndirmək üçün sizi, gündəlik istifadə etdiyiniz əşyaları xəyalında canlandırıb ixtira edən doqquz qadınla; və qadınların üzləşdiyi sağlamlıq və təhlükəsizlik problemlərinin həllində artıq insanların tapdığı qlobal çözümlər ilə tanış edirik.

Bizimlə sosial mediada əlaqə yaradın və ya aşağıdakı formanı doldurun. Bizi Facebook, Instagram və Twitterdə izləyin və #100Qadın həştəqini istifadə edin.

Sizi səbirsizliklə gözləyirik.

Your contact details
Disclaimer

Əlaqəli mövzular

Bu barədə daha geniş