Playboy nəşrinin təsisçisi Hugh Hefner Marylin Monroe-nun yanında dəfn olunacaq

Hefner ve Monroe Fotonun müəllifi Getty
Image caption Hugh Hefner-in öz evində vəfat etdiyi açıqlanıb

91 yaşında vəfat edən Playboy nəşrinin təsisçisi Hugh Hefner Amerikanın əfsanəvi film ulduzu Marilyn Monroe-nun yanında dəfn olunacaq.

Britaniyanın İndependent qəzeti yazır ki, Hefner Los-Angeles-dəki Westwood Village qəbiristanlığındakı məzar yerini 1992-ci ildə 75 min dollara alıb.

Dean Martin, Truman Capote və Roy Orbison-un məzarları bu qəbiristanlıqdadır.

Jurnalı mətbəxdə hazırlayıb

Hefner Playboy jurnalını 1953-cü ildə evinin mətbəxində hazırlamağa başlayıb.

İllər ərzində nəşr dünya miqyasında ən çox satılan kişi jurnalı olub.

Populyarlıq zirvəsində jurnalın aylıq tirajı 7 milyona çatıb.


Hugh Henfer-in oğlu Cooper Hefner deyib ki, atasının vəfatı bir çox insanı kədərləndirəcək.

O, atasını "qeyri-adi, təsirli bir həyatı olan media nümayəndəsi, söz azadlığı, insan haqqları və cinsi azadlığın müdafiəçisi" kimi xarakterizə edib.

Fotonun müəllifi Getty

Tərkibində kazinolar və gecə klubları olan Hefner-in şirkəti nəhəng bir imperiyaya cevrilmişdi.

Bəziləri üçün Hefner ipək pijamalarda çəkdirdiyi şəkillərilə yadda qalıb. O, hedonist həyat tərzilə məhşurlaşmışdı.

Playboy modelləri ilə intim münasibətlər quran və onlardan bəziləri ilə evlənən Hefner son illər dəbdəbəli malikanəsində möhtəşəm ziyafətlər verib.

Onun mindən çox qadınla birlikdə olduğu bilririlir.

Əlaqəli mövzular

Bu barədə daha geniş