Muzeydə Hitlerin çəkdiyi rəsmə hücum

Hitler əsəri Fotonun müəllifi Museo della Follia
Image caption Əsər sərgilənən 200 işdən biridir.

İtaliyadakı muzeydə Adolf Hitler-in yağlı boya ilə çəkdiyi rəsm əsəri əlində vintburan olan şəxs tərəfindən hücuma məruz qalıb.

Şəkli zədələyən 40 yaşlı kişi Nasist liderinə məxsus əsərin ictimai məkanda nümayişinə etiraz edib, Corriere della Sera nəşri xəbər verir.

Salo şəhərindəki "Museum of Madness" adlı sərgiyə Hitlerin əsəri özəl kolleksioner tərəfindən təqdim olunub.

Sərginin rəhbəri rəsm əsəri barədə fikrini dəyişdirməyib və onu "zir-zibil parçası" hesab edir.

Hərçənd ki, Vittorio Sgarbi rəsmin sərgidə təqdim olunması barədə qərarı dəstəkləyib.


"Sərgi divanəlik mövzusuna müraciət edir və bu şəkil mükəmməldir. Müharibə qədər dəli-divanə heç nə yoxdur", - Corriere della Sera-da Vittorio Sgarbi-dən iqtibas gətirilir.

"Bu diktator yox, başıbəlalı şəxsin işidir, o, dərindən qəmgin bir iç dünyasını üzə çıxarır."

İtaliyadakı Qarda gölünün sahilində yerləşən Salo muzeyinin prezidenti də şəklə hücumun şahidi olub. "Divanəlik epizodu təmsil olunmadan divanəlik şousu tam ola bilməz", - Giordano Bruno Guerri deyir.

Şəkil bərpa olunduqdan sonra yenidən muzeyə qaytarılıb.

Onun almaniyalı sahibi hücumçuya qarşı şikayət etməmək qərarına gəlib.

Əlaqəli mövzular

Bu barədə daha geniş