Zehni məşqlər: geri qalan saat

Lewis Carrol "Alisa möcüzələr ölkəsində" (Alice in Wonderland) kitabında yazıb ki, hətta sınmış saat belə gün ərzində iki dəfə doğru vaxtı göstərir. Lakin burada vəziyyət daha çətindir.

Uğurlar arzulayırıq!

Fotonun müəllifi Getty Images

Tapmaca 31

Gecəyarısı saat doğru vaxtı göstərib, bundan sonra hər saatdan bir, o, 4 dəqiqə geri qalmağa başlayıb.

Yarım saat əvvəl saat dayanıb və hazırda 15:52-ni göstərir. O 24 saatdan az işləyib.

Hazırda saat neçədir?

Cavabı görmək üçün bura basın

Ответ:

Doğru cavab 18:30-dur.

Saat, hər saat 4 dəqiqə geri qalır. Ona görə də, saat 15:52-ni göstərən zaman düzgün vaxt demək 17:00-dır.

Dayanana qədər saat (4 x 17) 68 dəqiqə geri qalıb.

Bu yarım saat əvvəl olub, demək ki, indi saat 18:30-dur.

Digər tapmacaları tapmaq istəyirsiniz? Onda bura klikləyin. Uğurlar!

Bu barədə daha geniş