BBC Azərbaycanca WhatsApp-da yeni xəbər xidmətini təqdim edir

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Bizim yeni WhatsApp xidmətimiz - "Xəbərin Olsun"a qoşulun

BBC Azərbaycanca xidməti, WhatsApp çat platformasında öz xəbər kanalını yaradıb. "Xəbərin Olsun!" hesabı azərbaycandilli istifadəcilər üçün 2017-ci il noyabrın 14-dən açıqdır.

İstifadəçilər xidmətə qoşulmaq üçün +44 7548 711235 əlaqə nömrəsini WhatsApp kontaktlar siyahılarına əlavə edərək, "BBC" sözündən ibarət ismarış yollamalıdırlar. Bundan sonra, BBC onlarla əlaqə yaradaraq kanaldan istifadənin şərt və qaydalarını təqdim edəcək.

bbczeri.com saytına izləyicilərin təxminən 60%-i sosial media vasitəsilə daxil olur.

BBC Azərbaycancanın redaktoru Könül Xəlilova deyir: "Bu yeni çat proqramı vasitəsilə biz, auditoriyamız üçün maraqlı olan yeni xəbərlər paylaşacağıq. Daha çox gənc qadınların üstünlük verdiyi platformada - Instagram səhifəmizdə izləyicilərimizin sayı artır və Facebook səhifəmizin əhatə dairəsi genişlənir. Azərbaycandilli oxucularımızın sosial media vərdişlərinə əlavə kimi yeni kanalımızın populyarlaşması üçün əlimizdən gələni edəcəyik."

BBC Azərbaycanca oxucuları üçün Facebook (Facebook-da canlı yayımlar da daxil olmaqla), Instagram, TwitterYouTube vasitəsilə paylaşımlar edir. BBC-nin qlobal və regional hadisələr və yeniliklərin işıqladırılmasını yayan xidmət, Azərbaycandakı yenilikləri qlobal baxımdan daha geniş oxucu kütləsinə çatdırır və Azərbaycan və regiona təsir edən beynəlxalq yeniliklərə xüsusi diqqət yetirir.

BBC Azərbaycanca BBC Dünya Xidmətinin bir hissəsidir.

Əlaqəli mövzular