Zehni məşqlər: gəlinin neçə yaşı var

Bizim bugünkü tapmacamız nigaha həsr olunub.

Siz tapmacanı tapa bilərsiniz?

Uğurlar!

Жених и невеста Fotonun müəllifi Getty Images

Tapmaca 38

Mister və missis Smith 18 il əvvəl evləniblər.

O zaman mister Smith xanımından 3 dəfə böyük idi.

Lakin indi o, xanımından cəmi 2 dəfə böyükdür.

Missis Smith-in evlənən zaman neçə yaşı olub?

Cavab

Toy günü missis Smith-in 18 yaşı olub.

Ər əvvəlcə 3 yaş böyük idi, lakin 18 ildən sonra o, xanımından iki dəfə böyükdür.

Bu axı missis Smith-in ərə getdiyi yaşdır.

(xanımın üç yaşı - xanımın iki yaşı = xanımın yaşı)

Beləliklə, cütlük evlənən zaman xanımın 18 yaşı olub, ərin isə 54. İndi xanımın 36, ərin isə 72 yaşı var.

Əgər siz cəbri sevirsinizsə, aşağıdakı kimi hesablamaq olar.

Əgər missis Smith-in toy günü olan yaşını X kimi qəbul etsək, onda mister Smith-in yaşı 3X olacaq.

Beləliklə, ərin hazırkı yaşı - 3X+18.

Belə halda, xanımın hazırkı yaşı - X+18.

Əgər bu gün mister Smith-in xanımından iki dəfə böyük olduğu məlumdursa, o zaman onun yaşı bərabərdir 2(Х + 18) = 2Х + 36.

Müvafiq olaraq, biz onun yaşını iki üsulla hesablaya bilərik:

3Х + 18 = 2Х + 36

Х = 18

Əlaqəli mövzular

Bu barədə daha geniş