Hindistanda həbs edilən eşşək sürüsü "azad olunub"

Eşşəklər Fotonun müəllifi AFP
Image caption Dörd gün məhbəsdə qalan sürü yalnız yerli siyasətçinin müdaxiləsindən sonra azad olunub. (Foto: Arxiv)

Hindistanın Uttar Pradeş ştatında polis həbsxana mülkünə zərər yetirməkdə təqsirli eşşək sürüsünü həbs edib.

Uzunqulaqlar Urai rayonundakı həbsxana ərazisində yeni əkilmiş dəyərli ağac tinglərini yeməkdə ittiham olunur, The Times of India qəzeti bildirir.

Dörd gün məhbəsdə qalan sürü yalnız yerli siyasətçinin müdaxiləsindən sonra azad olunub.



"Bu eşşəklər yüksək rütbəli zabitimizin həbsxana həyətində əkməyə hazırlaşdığı çox qiymətli tingləri məhv ediblər. Xəbərdarlıqlara rəğmən sahibi onları sərbəst buraxırdı, belə ki, biz eşşəkləri həbs etdik", - həbsxananın baş idarəçisi R. K. Mişarının sözlərindən ANİ agentliyində iqtibas gətirilir.

Qəzet eşşəklərin noyabrın 24-də həbs edildiyini bildirir.

Qanun qarşısında hamı bərabərdir, yarızarafat şərhində The Times of India nəşri qeyd edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş