Foto: 2017-ci ilin ən son bütöv Ayı

Fotonun müəllifi Danny Lawson
Image caption İngiltərənin Whitby şəhərində nəhəng Ay

Bu həftə sonu gecə vaxtı səmanı seyr etməyi sevənlər nəhəng Ayı müşahidə ediblər - Ay yerə yaxınlaşaraq daha böyük və işıqlı görünüb.

Nəhəng Ay, bütöv Ayın yerə ən yaxın olduğu vaxt görünür.

Bazar ertəsi gecə vaxtı bu ilin ən son nəhəng Ayını görmək mümkün olub. Lakin NASA astronavtları yanvarın 1-i və 31-də də Ayın yerə yaxın olacağını gözləyirlər.

İngiltərənin Leeds şəhərindən Ay belə görünüb Fotonun müəllifi SEAN QUINN
Image caption İngiltərənin Leeds şəhərindən Ay belə görünüb

Keçən il Yerin peyki 1948-ci ildən bəri Yerə ən yaxın məsafəyə yaxınlaşmışdı. Növbəti dəfə isə Ay bu qədər yaxına bir də 2034-cü ildə gələcək.

Lakin keçən bazar Ay yenə də Yerə çox yaxınlaşmışdı - Aya məsafə təxminən 358 min km təşkil edib.

Суперлуние над Бленхеймским дворцом Fotonun müəllifi Karli Franklin
Image caption Blenheim sarayından Ayın görünüşü
Воскресное суперлуние над маяком в городе Саут-Шилдс Fotonun müəllifi Owen Humphreys/PA
Image caption İngiltərənin Cənubi Shields şəhərindən nəhəng Ay

Yerlə onun peyki arasında məsafə Ayın hərəkətinə uyğun olaraq daima dəyişir. Bu məsafə həm də Yerin Günəş ətrafında hərəkətinə görə dəyişir.

Buna görə də nəhəng Ayı həmişə müşahidə etmək mümkün deyil.

суперлуна над Капитолием Fotonun müəllifi EPA
Image caption Bazar ertəsi gecə vaxtı Ay həmişəkindən 7 faiz daha işıqlı və 15 faiz daha böyük olub
"Суперлуна" над Джакартой, Индонезия Fotonun müəllifi Getty Images
Image caption İndoneziya paytaxtı Cakartada nəhəng Ay
Суперлуна в Мьянме Fotonun müəllifi AFP
Image caption Myanmada nəhəng Ay

.

Əlaqəli mövzular

Bu barədə daha geniş