Ukrayna Krım Tatarları üçün radio açır

Krım tatarlarının etiraz nümayişi, Kiyev, 2016 Fotonun müəllifi GENYA SAVILOV/AFP/Getty Images
Image caption Krım tatarları Ukraynada Rusiya ilhaqı əleyhinə nümayişlər keçirir

Ukrayna Krım tatarlarının dilində xəbərlərin radio vasitəsilə yayımına başlamağı planlaşdırır.

Dövlət radio şirkətinin baş prodüsseri Dmitro Xorkin deyib ki, gələn ildən müntəzəm yayımlara başlanacaq.

"Milliyyəti, dini və siyasi baxışlarına görə təqiblərlə üzləşən bu xalq öz dilində radio verilişləri dinləyə biləcəklər", o Azadlıq Radiosunun Krım xidmətinə bildirib.

Rusiya qoşunları Ukraynanın Krım yarımadasını 2014-cü ildə, Kremlpərəst prezident Viktor Yanukoviç devrildikən sonra tutub.

Karpatda şəriət: Ukrayna kəndinin krım tatarları

Krım tatarlarının sürgünü: Suallar və cavablar

Krım tatarlarının təşkilatı qadağan edilib

Krım-tatar lideri "Azərbaycanın dəstəyindən" danışır

Əhalinin 12 faizini təşkil edən müsəlman Krım tatarları Ukrayna hakimiyyəti altında mədəni muxtariyyətə malik idi. Ancaq Rusiya onların Məclisini "ekstremist təşkilat" kimi qadağan edib.

Cənab Xorkin deyib ki, Ukrayna radiosu son üç ildir ki, Krıma rus dilində xəbərlər yayımlayırdı, indi isə "tatar dilini yaxşı bilən aparıcı və diktorları" işə götürmək istəyir. O, tatar dilinin qorunmalı və yayılmalı olduğunu bildirib.

Krımdakı Rusiya hakimiyyəti hələ ki, Ukrayna Radiosunun bəyanatına cavab verməyib.

Ancaq kommunikasiyaya məsul yerli rəsmi Dmitri Poklonski Sputnik saytına deyib ki, Krıma yalnız Rusiya televiziyası və radiosu yayımlanacaq - "bütün dövlətlər öz ərazilərini və informasiya məkanını müdafiə etmək üçün tədbirlər görməlidir", o deyib.

Fotonun müəllifi Aleksander Kaasik/Wikimedia Commons
Image caption Krım tatarlarının mədəniyyəti yarımadanın populyar imicinin böyük hissəsini müəyyən edir.