Yumurtalıq, qara ciyər, qarın, mədəaltı vəzi, bağırsaq, qida borusu, ağ ciyər və döş xərçəngini erkən aşkarlayan yeni qan analizi

Woman getting blood test Fotonun müəllifi Getty Images

Alimlər tibbi sahədə ən böyük hədəflərdən biri olan xərçəngin bütün növlərini aşkar edən qan analizinə doğru böyük addım attıblar.

John Hopkins Universitetində bir qrup alim xərçəngin səkkiz növünü aşkar edən yeni üsulu sınaqdan keçiriblər.

Onların məqsədi, xərçəngi xəstəliyin ilkin mərhələsində aşkar edə biləcək illik bir qan analizinin yaradılmasıdır.

Sınağın nəticələri digər alimləri də həyacanlandırıb, lakin onlar yeni üsülun effektivliyini daha çox sınaqlarla yoxlamağın lazım olduğunu bildirirlər.


Həmçinin oxuyun:


Xərçəng şişləri yarananda öz mutasiya olunmuş DNT-lərini və yaratdıqları proteinlərin hissələrini qana buraxırlar.

CancerSEEK qan analizi xərçəng xəstəliyində ən çox mutasiya olan 16 gendəki dəyişikliyi və xərçəng şişlərində yaranan səkkiz növ proteini axtarır.

Yeni qan analizinin sınağında yumurtalıq, qara ciyər, qarın, mədəaltı vəzi, bağırsaq, qida borusu, ağ ciyər və döş xərçəngi xəstəliyi olan, lakin bu xərçəngin bədənlərinə yayılmadığı 1 005 pasient iştirak edib

Sınaqda qan analizi, xərçənglərin 70 faizini aşkar edib.

Fotonun müəllifi Science Photo Library
Image caption Yeni qan analizi döş xərçəngini də aşkar edir

Xərçənglər nə qədər tez aşkar edilərsə, onun müalicəsi o qədər də asanlaşır. Sınaqdan keçirilən xərçənglərin beş növünün əlamətlərini aşkar etmək o qədər çətindir ki, onların erkən axtarışı üçün analiz proqramları mövcüd deyil.

Mədəaltı vəzi xərçənginin simptomları çox az olur və bu səbəbdən bu xərçəngdən əziyyət çəkən beş nəfərdən dördü diaqnozun verildiyi ildə ölür.

Cancer Research Institute (Xərçəng Tədqiqat İnstitutu), Centre for Evolution and Cancer-də (Təkamül və Xərçəng Mərkəzi) komanda rəhbəri olan həkim Gert Attard deyir ki, yeni analizin "nəhəng potensialı var".

O, yeni analiz üsulunun xərçənglərin aşkar edilməsi üçün istifadə edilən müxtəlif üsulları tamamilə əvəz etməyə imkanı olduğunu deyib.

Sonuncu sınaqda bu qan analizinin ilkin mərhələ xərçənglərin yalnız 40 faizini aşkar etdiyini xatırlatsa da, Cambridge Universitetində xərçəng epidemiologiya professoru Paul Pharoah yeni sınaqların keçirilməsinin lazım olduğunu bildirib.

CancerSEEK qan analizinin qiyməti 500 dollardan azdır.

Əlaqəli mövzular

Bu barədə daha geniş