Yeniyetməlik çağı hazırda "10-dan 24 yaşınadək davam edir"

Group of adolescents posing for a selfie Fotonun müəllifi Getty Images

Yeniyetməlik çağı hazırda 10-dan 24 yaşınadək davam edir. Hərçənd ki, indiyədək hesab olunub ki, o, 19 yaşında sona çatır, yeni araşdırmada deyilir.

Gənclərin təhsil alma dövrünün uzanması, habelə evlilik və valideynlik illərinin daha gec başlaması, yetkinlik mərhələsi ilə bağlı qəbul olunmuş baxışlara təsir göstərib.

Lancet Child & Adolescent Health jurnalında dərc edilən məqalədə yeniliklə qanunvericiliyin uzlaşmasının vacibliyi vurğulanılır.

Hesab olunur ki, yetkinlik yaşı beynin hipotalamus kimi tanınan hissəsində hipofiz və cinsiyyət vəzlərini aktivləşdirən hormonların ifrazı ilə başlayır.

Bu dəyişiklik 14 yaşında başlayardı.

Lakin inkişaf etmiş ölkələrin çoxunda sağlamlıq və qidalanmanın yaxşılaşması nəticəsində bu hədd azalaraq 10 yaşa çatıb.

Digər tərəfdən bir çox insanlarda ağıl dişi 25 yaşınadək çıxmır və beyinin inkişafı 20 yaşından sonra davam etməkdədir.

Britaniyadakı Kent Universitetindən Dr. Jan Macvarish deyir ki, fərdlərin cəmiyyətin gözləntiləri ilə bioloji inkişafından daha əvvəl formalaşdığını vurğulayaraq, 20 yaşlılara "uşaq kimi" davranmamağı məsləhət görüb.

Bu barədə daha geniş